Cümə, 22 Noyabr 2024 15:04

İstanbulda Azərbaycan - Türkiyə enerji əməkdaşlığının ikitərəfli və çoxtərəfli formatlarda inkişafı müzakirə olunub

İstanbul Enerji Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə enerji əməkdaşlığının inkişafı məqsədilə ikitərəfli, üçtərəfli və dördtərəfli formatlarda görüşlər keçirilib.

Nazirlərin ikitərəfli görüşündə nazir Pərviz Şahbazov Forumun keçirilməsi və BOTAŞ şirkətinin 50 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, həmçinin COP29-da iştiraka görə təşəkkürünü bildirib. Müzakirələr zamanı ikitərəfli enerji əməkdaşlığının prioritet məsələləri və gələcək perspektivləri nəzərdən keçirilib. Türkiyəyə və buradan Avropaya “yaşıl enerji” və qazın tədarükü ilə bağlı müştərək layihələrin inkişafından bəhs edilib. Naxçıvan üzərindən “Türkiyə-Azərbaycan Qarşılıqlı Əlaqə” layihəsinin icrasının cari vəziyyəti, İğdır-Naxçıvan boru kəmərinin tikintisinin yekun mərhələsi, habelə “Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu”nun keçirilməsi iə bağlı fikir mübadiləsi aparılıb.

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

 

Read 149 times Last modified on Bazar ertəsi, 25 Noyabr 2024 10:40