Çərşənbə, 11 Dekabr 2024 17:55

“Cənub Qaz Dəhlizi” QSC-də SOCAR-ın payı artırıldı

Cənub Qaz Dəhlizini idarə edən QSC-nin əsas səhmdarı SOCAR oldu.

Azərbaycan Prezidentinin 25 fevral 2014-cü il tarixli “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” sərəncamına dəyişiklik edilib.

“Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni sərəncam imzalayıb. Sərəncama əsasən, bu layihələrin icrası həvalə edilmiş “Cənub Qaz Dəhlizi” QSC-də dövlətin payı 51 %-dən 49 %-ə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı isə 51 %-ə çatdırılıb.

 

Read 122 times Last modified on Çərşənbə, 11 Dekabr 2024 16:19