6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunan sahə işçilərinə mükafatların təqdimolunma mərasimi keçirilib. Sərəncama əsasən, rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə 11 nəfər “Tərəqqi” medalına layiq görülüb.
Nazir Rəşad Nəbiyev təltif olunan əməkdaşlara “Tərəqqi” medallarını təqdim edib. Tədbirdə, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Rabitə ustası” adına layiq görülən sahə işçilərinə də döş nişanları və vəsiqələr təqdim olunub.
Bu barədə “Caspian Energy Media” Rəqəmsal inkişaf və nəqliyyat nazirliyinə istinadən xəbər verir.