Cümə, 13 Sentyabr 2024 12:19

Azərbaycanda elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 14 % olub

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 14 % olub.

“Caspian Energy Media” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Yanvar - avqust aylarında operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 19 milyard 235,4 milyon kVt/saat, ixracı 858,9 milyon kVt/saat, idxalı 125,5 milyon kVt/saat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 2 dəfədən çox artımla 2 milyard 771.8 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Beləliklə bu dövrdə elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 14% olub,”-deyə o qeyd edib.

Read 286 times Last modified on Cümə, 13 Sentyabr 2024 08:33