Cümə axşamı, 29 Avqust 2024 15:50

Energetika nazirliyində “Uniper” şirkətinin nümayəndələri ilə görüş keçirilib

Energetika Nazirliyində Almaniyanın “Uniper” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

Müzakirə zamanı yaşıl hidrogenin istehsalı və ixracı sahəsinin inkişafı məsələləri nəzərdən keçirilib, yaşıl hidrogenin istehsalı və saxlanılması, eləcə də mavi hidrogen texnologiyalarının genişləndirilməsi sahəsində əməkdaşlıq imkanları və birgə layihələrin həyata keçirilməsi müzakirə edilib, bu sahədə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olunub.

“Caspian Energy Media” nazirliyə istinadən xəbər verir ki, görüşdə, həmçinin əməkdaşlıqdan irəli gələn və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha ətraflı

Read 294 times