Çərşənbə, 21 Avqust 2024 14:45

Heydər Əliyev adına NEZ-in Mərkəzi Laboratoriyası beynəlxalq TÜRKAK/MRA akkreditasiyasını keçib

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) laboratoriyası EN 590 sınaq parametrlərinə uyğun olaraq Avro-5 dizel məhsulu üzrə beynəlxalq ISO/IEC 17025 akkreditasiyasını əldə edib.

Türkiyə Akkreditasiya Mərkəzi (TÜRKAK) tərəfindən həyata keçirilən akkreditasiya auditindən sonra 20 avqust 2024-cü il tarixində qurumun rəhbəri Banu Müderrisoğlu tərəfindən müvafiq sertifikatlar “SOCAR Downstream Management” MMC şirkətinin baş direktoru Emil Alxaslı və şirkətin Laboratoriyalar üzrə direktoru Volkan Şenola təqdim edilib.

Daha ətraflı

Read 253 times