Çərşənbə axşamı, 15 Oktyabr 2024 10:30

Almaniyada azərbaycanlı bəstəkarın təşkilatçılığı ilə beynəlxalq musiqi festivalı keçirilib

Almaniyada azərbaycanlı bəstəkar, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Səsin Körpüsü” ("Bridge of Sound") ansamblının yaradıcısı və bədii rəhbəri, həmyerlimiz Xədicə Zeynalovanın təşkilatçılığı ilə “Səsin harmoniyası” (“Harmony of Sound”) adlı dördüncü beynəlxalq musiqi festivalı keçirilib.

Kuba musiqi mədəniyyətinə həsr olunan festival “Passion de Cuba” adı altında Almaniyanın üç müxtəlif şəhərində - Bilefeld, Marienmünster və Detmoldda məşhur konsert zallarında təşkil edilib. 

Soydaşımız Almaniyanın tanınmış “Klosterlandschaft OWL” Fondu və Almaniya Mədəniyyət Nazirliyi tərəfindən “Artist in Residence – Künstlerin des Jahres 2024” mükafatına və nominasiyasına layiq görülüb, ilin bəstəkarı seçilib.

Bu barədə “Caspian Energy Media” Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.

Read 169 times