Cüdoçularımız Yunanıstanın Saloniki şəhərində keçirilən yeniyetmələrin Avropa Kubokunda uğurlu çıxışla yadda qalıblar.
Yığmamız 2 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıb.
Bu nəticə ilə ölkəmiz medal əyarına görə ümumi hesabda 2-ci, oğlanlar arasında isə 1-ci yeri tutub.
Bu barədə “Caspian Energy Media” Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.