Super User
“Azərişıq” ASC-nin komandası beynəlxalq yarışda birinci olub
2023-cü ildə tarixi torpağımız Qarabağda – Hadrut qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin 100-illik yubileyinə həsr edilmiş Türkdilli dövlətlərin gənc energetikləri arasında "Paylayıcı Şəbəkələrin Rəqəmsal Transformasiyası" I Beynəlxalq Peşə Ustalığı Yarışması”nın davamı olaraq Tatarıstanda müsabiqə keçirilib.
Caspian Energy Media “Azərişıq”a istinadən xəbər verir ki,Tetyuşi şəhərində Buinski elektrik şəbəkələrinin sınaq poliqonunda “2024-cü ilin ən yaxşı paylayıcı şəbəkələr briqadası” adı uğrunda təşkil olunmuş beynəlxalq seminar-müsabiqədə “Azərişıq” ASC-nin gənc mühəndisləri də iştirak edib.
Yarışlar üç mərhələdə keçirilib. Verilən tapşırıqları hamıdan birinci və ən dəqiq yerinə yetirən “Azərişıq” ASC-in komandası birinci yerə layiq görülüb.
İlham Əliyevin adından Türk Dövlətləri Təşkilatı dövlət və hökumət başçılarının şərəfinə nahar verilib
Caspian Energy Media “president.az”a istinadən xəbər verir ki, iyulun 6-da Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Türk Dövlətləri Təşkilatı dövlət və hökumət başçılarının şərəfinə nahar verilib.
Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib
Caspian Energy Media “president.az”a istinadən xəbər verir ki, iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə görüşündə iştirak ediblər.
Dövlətimizin başçısının çıxışından sonra digər dövlət və hökumət başçıları çıxış etdilər.
Sonra Şuşa Zirvə görüşündə “Türk Dövlətləri Təşkilatının Katibliyinin heyətinin və büdcəsinin artırılmasına dair qərar” imzalandı.
Daha sonra Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsinin imzalanması mərasimi oldu.
İlham Əliyev Şuşada bir sıra dövlət və hökumət başçılarını qarşılayıb
Caspian Energy Media “president.az”a istinadən xəbər verir ki, iyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb.
https://caspianenergy.net/index.php/az/caspian-energy-journal/itemlist/user/43-superuser?start=2000#sigProGalleriaabbd0d9038
"MyGroup Holdinq" yeni mağazasını açır
Bu gün Ağ Şəhər/ 3-cü Park küçəsi 3 ünvanında "MyGroup Holdinq" tərəfindən "Vertu Store in Azerbaijan" öz fəaliyyətini başladıb. Bu barədə “Caspian Energy Media”ya “MyGroup Holdinq”in marketinq şöbəsinin müdiri Elmin Əlibəyli bildirib.
Qeyd edək ki, tərkibində 17 şirkət olan “MyGroup Holdinq” 2010-cu ildən Azərbaycanda fəaliyyət göstərən şirkətlər qrupudur. Şirkətin baş ofisi Dubayda, ikinci ofisi isə Azərbaycanda yerləşir. Bundan əlavə, holdinqin Kanada, Rusiya, Türkiyə və Gürcüstanda da ofisləri var.
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək məqsədilə iyulun 5-də Azərbaycana səfərə gəlib.
Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.
Bu barədə Caspian Energy Media Qırğızstan prezidentinin rəsmi saytına istinadən xəbər verir.
Президент Кыргызстана Садыр Жапаров прибыл с визитом в Азербайджан
5 июля Президент Кыргызской Республики Садыр Жапаров прибыл в Азербайджан для участия в неофициальном Саммите глав государств Организации тюркских государств (ОТГ), который пройдет в Шуше.
Президента Кыргызской Республики Садыра Жапарова встречали первый заместитель премьер-министра Азербайджанской Республики Ягуб Эйюбов и другие официальные лица.
Об этом сообщает Caspian Energy Media со ссылкой на Официальный сайт Президента Кыргызской Республики.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri başlayıb
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək məqsədilə iyulun 5-də Azərbaycana səfərə gəlib.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevi Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.
Bu barədə Caspian Energy Media Özbəkistan prezidentinin rəsmi saytına istinadən xəbər verir.
Начался визит Президента Узбекистана Шавката Мирзиёева в Азербайджан
5 июля Президент Республики Узбекистан Шавкат Мирзиёев прибыл с визитом в Азербайджан для участия в предстоящем в Шуше неофициальном Саммите Организации тюркских государств (ОТГ).
В аэропорту города Физули высокого гостя встретили первый заместитель Премьер-министра Азербайджана Ягуб Эюбов и другие официальные лица.
Об этом сообщает Caspian Energy Media со ссылкой на Официальный сайт Президента Республики Узбекистан.
İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib
Caspian Energy Media “president.az”a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.