Super User

Super User

“Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Daxili İşlər Nazirliyinin rəhbərlik etdiyi “Risklərin təhlili” işçi qrupunun onlayn formatda növbəti iclasında iştirak edib.

İclasın yekununda İşçi qrupunun üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla 2024-cü il Fəaliyyət Planının yekunları ilə bağlı görülmüş işlər barədə hesabat və “Risklərin təhlili” işçi qrupunun Kibertəhlükəsizlik üzrə Alt-qrupunun tərkibinə dair  təkliflərin Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasına təqdim olunması məqsədilə təqdim edilməsi qərara alınıb.​​​​

“Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və “Caspian Energy Club International”ın idarəedici direktoru Günel Quliyeva Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən “İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun növbəti iclasında iştirak ediblər.

İclasda Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Kommunal xidmətlər (internet)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il Yol Xəritəsi üzrə görülmüş işlərin müzakirəsi aparılıb və 2025-ci il üçün qarşıda duran vəzifələr müəyyən edilib.

“Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və “Caspian Energy Club International”ın idarəedici direktoru Günel Quliyeva Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən rəhbərliyi həyata keçirilən “Korrupsiya və şəffaflıq” işçi qrupunun 2024-cü ilin yekunlarına həsr olunmuş iclasda iştirak ediblər.

“Caspian Energy Club”a üzv olan 40-a dək sahibkarlıq subyektinin rəhbəri Veysəloğlu Şirkətlər Qrupuna məxsus Məmmədli qəsəbəsində yerləşən Logistika Mərkəzinə təşkil olunmuş “CEO Tour” çərçivəsində mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar.

“CEO Tour” zamanı sahibkarlara Logistika Mərkəzinin əməliyyat prinsipləri, müasir texnologiyaların tətbiqi və təchizat zəncirinin idarə edilməsi barədə ətraflı məlumat verilib. Tədbir iştirakçıları anbar idarəetmə sistemləri, yüklərin qəbulu və paylanması prosesi ilə tanış olub, logistika sahəsində innovativ həllər barədə məlumat əldə ediblər. Bildirilib ki, Qafqazın ən böyük logistika mərkəzlərindən biri olan Veysəloğlu Logistika Mərkəzi Keyfiyyət idarəetmə və Əməyin mühafizəsi üzrə beynəlxalq İSO 9001 standartlarına layiq görülüb. Logistika Mərkəzi 22 hektar sahəni əhatə edir və bunun 9 hektarında 95 min palet tutumuna malik qapalı anbar yerləşir. Anbarda 20 min növ quru qida və qeyri-qida, 120 çeşid meyvə-tərəvəz, 400 növ soyuq və donmuş məhsullar saxlanılır. Anbar gündəlik 6000 palet mal qəbul edir və 4000 mağazaya məhsul təminatını həyata keçirir.

Sonda “Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov, Veysəloğlu Şirkətlər Qrupunun Baş icraçı direktorunun müşaviri İlqar Nuri, “Araz” supermarketlər şəbəkəsinin Logistika direktoru Anar Adilzadə, eləcə də “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və üzvlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə Veysəloğlu Şirkətlər Qrupuna məxsus olan şirkətlər, eləcə də pərakəndə ticarət subyektlərinin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, bu kimi görüşlər və müzakirələr biznes subyektləri arasında əməkdaşlığın inkişafına müsbət təsir göstərir.

Daha sonra Telman Əliyev Anar Adilzadəyə əməkdaşlığa görə sertifikat təqdim edib. Telman Əliyev həmçinin gələcəkdə Veysəloğlu Şirkətlər Qrupuna aid digər müəssisələrdə də “CEO Tour”ların təşkil ediləcəyini vurğulayıb.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir. Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”ın dəstəyi ilə “Caspian Energy İnternational Media Group” fəaliyyət göstərir və 30-dan çox elektron, çap və onlayn yerli və beynəlxalq media resurslarını idarə edir. “Caspian Energy İnternational Media Group”un fəaliyətinin flaqmanı olan “Caspian Energy” jurnalı dünyanın 70-dən çox ölkəsində yayımlanır.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini və Xəzər-Qara Dəniz və Baltikyanı ölkələrini əhatə edir. “Caspian Energy Club”ın həmçinin dünyanın 63 şəhərində rəsmi nümayəndəlikləri və səlahiyyətli nümayəndələri mövcuddur.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində “Caspian Energy Club”ın fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas funksiyalarından biri, klubun fəaliyyətinin müxtəlif ölkələrdə idarə edilməsi və “Caspian Energy Club” qrupuna daxil olan bütün xarici ofislər və şirkətlər üçün rəqəmsal iqtisadiyyat, yaşıl energetika, yaşıl maliyyə, rəqəmsal transformasiya, yaşıl və innovativ texnologiyaların tətbiqi sahələrində layihələrin lobbiləşdirilməsi və təşviqi üzrə vahid strateji planın formalaşdırılmasıdır.

“Caspian Energy Club”ın baş icraçı direktorunun birinci müavini və baş maliyyə direktoru Rasim Mahmudov Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun onlayn formatda növbəti iclasında iştirak edib.

İclasda Dünya Bankı Qrupunun  “Business Ready” hesabatının “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi çərçivəsində görülmüş işlərin nəticələri və cari il ərzində icrası nəzərdə tutulan tədbirlərlə bağlı məsələlər müzakirə olunub.

“Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və “Caspian Energy Club International”ın idarəedici direktoru Günel Quliyeva “Əmək bazarı” işçi qrupunun 2025-ci il üçün Fəaliyyət Planının və “Business Ready” hesabatı üzrə Yol Xəritəsinin layihələri müzakirəsinə həsr olunmuş iclasda iştirak ediblər.

İşçi qrupunun 2024-cü il üçün Fəaliyyət Planının icrası, habelə Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı 2024-cü il üzrə Yol Xəritəsi üzrə görülmüş işlərə dair təqdimatlar edilib.

Görüşdə, həmçinin əmək bazarının inkişaf etdirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi və işçi qüvvəsinin bacarıqlarının artırılması istiqamətlərində atılan addımlar qeyd olunub.

Shahin Tofig oglu Babayev has been appointed as Executive Director of Azerbaijan Transport and Communication Holding (AZCON).

President Ilham Aliyev has signed an Order in this regard, "Caspian Energy Media" reports. 

Шахин Тофиг оглу Бабаев назначен исполнительным директором Азербайджанского транспортно-коммуникационного холдинга (AZCON).

Как сообщает "Caspian Energy Media", соответствующее распоряжение подписал Президент Ильхам Алиев.

Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib.

“Caspian Energy Media”  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Thursday, 27 February 2025 12:31

Uzbek-Pakistani Business Forum Held in Tashkent

On February 26, Laziz Kudratov, the Minister of Investment, Industry, and Trade of the Republic of Uzbekistan participated in the Uzbek-Pakistani business forum held in Tashkent during the official visit of Prime Minister Shahbaz Sharif of the Islamic Republic of Pakistan to Uzbekistan.

During the presentations, forum participants were informed about the favorable conditions established for foreign investors in Uzbekistan, the measures implemented to protect their rights and interests, and the country's substantial industrial and investment potential.

In addition, the business forum featured a ceremony for the exchange of bilateral documents between the Chambers of Commerce and Industry, as well as agreements in the areas of transport, logistics, and leather goods production.

“Caspian Energy Media” reports with reference to the Ministry of Investment, Industry, and Trade of Uzbekistan.

 

 

NEWS