Super User
Ilham Aliyev and First Lady Mehriban Aliyeva viewed conditions of 15 multi-apartment buildings in Khojaly city following repair and reconstruction
President of the Republic of Azerbaijan Ilham Aliyev, First Lady Mehriban Aliyeva, and their daughter Arzu Aliyeva inspected the conditions of 15 multi-apartment buildings in the city of Khojaly following repair and reconstruction efforts, Caspian Energy Media reports with reference to the official website of the President of Azerbaijan.
Elchin Yusubov, the special representative of the President of the Republic of Azerbaijan in the city of Khankendi, and the Aghdara and Khojaly districts, along with Sadig Sadigov, Chairman of the Board of the State Housing Development Agency, provided information about the completed work.
Read more at https://president.az/en/articles/view/66086
Ilham Aliyev and First Lady Mehriban Aliyeva met with residents who relocated to the city of Khojaly
President of the Republic of Azerbaijan Ilham Aliyev, First Lady Mehriban Aliyeva, and their daughter Arzu Aliyeva met with residents who relocated to the city of Khojaly on May 28, Caspian Energy Media reports with reference to the official website of the President of Azerbaijan.
The head of state presented keys to the apartments to the residents of Khojaly.
Then, President Ilham Aliyev, First Lady Mehriban Aliyeva, and their daughter Arzu Aliyeva toured the city of Khojaly with the residents, familiarizing themselves with the developments and the master plan of the city.
Ilham Aliyev received Co-founder and Co-chair of CVC Capital Partners
President of the Republic of Azerbaijan Ilham Aliyev received Co-founder and Co-chair of CVC Capital Partners Rolly van Rappard on May 29, Caspian Energy Media reports with reference to the official website of the President of Azerbaijan.
AvtomatikaAz MMC LEF Network Azerbaijan layihəsi çərçivəsində işgüzar səfərdə iştirak edir
AvtomatikaAz MMC 26 may - 2 iyun tarixlərində LEF Network Azerbaijan layihəsi çərçivəsində baş tutacaq işgüzar səfərdə iştirak edir. Bu barədə AvtomatikaAz MMC şirkətinin təsisçisi və direktoru Xalid Səmədov bildirib.
Qeyd edək ki, səfər çərçivəsində Caspian Energy Club üzvləri Latviya, Estoniya və Finlandiyanı ziyarət edəcək. Səfərdə iştirak edəcək AvtomatikaAz MMC şirkətinin təsisçisi və direktoru Xalid Səmədov Caspian Energy Media-ya səfərdən gözləntiləri barədə məlumat verib. Onun sözlərinə görə, yeni ticarət əlaqələrinin qurulması, şirkətin təqdm etdiyi proqram təminatlarının Avropa bazarına çıxış imkanlarının yaradılması, habelə Avropa şirkətlərinin təcrübələrindən istifadə edilməsi planlaşdırılır.
Xatırladaq ki, Caspian Energy Club International European Union Central Baltic proqramı tərəfindən yaradılmış LEF Network Azerbaijan layihəsinin rəsmi tərəfdaşı seçilib. 3 illik LEF Network Azerbaijan layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Keçən il start verilən layihə yaxın 3 il ərzində yaşıl texnologiyalar, informasiya texnologiyaları və təhsil sahəsində çalışan şirkətlərə dəstək olacaq. Bu layihə çərçivəsində Finlandiya, Estoniya və Latviyanın şirkətləri ilə Azərbaycan arasında 36 ay ərzində İKT, yaşıl texnologiyalar və təhsil sahələrində müqavilələrin imzalanması planlaşdırılır. Layihənin aparıcı tərəfdaşları sırasında Latviyanın Ticarət və Sənaye Palatası, Estoniyanın Ticarət və Sənaye Palatası və Finlandiyanın Satakunta Tətbiqi Elmlər Universiteti kimi qurumları yer alıblar.
Axiom LEF Network Azerbaijan layihəsi çərçivəsində işgüzar səfərdə iştirak edir
Axiom 26 may - 2 iyun tarixlərində LEF Network Azerbaijan layihəsi çərçivəsində baş tutacaq işgüzar səfərdə iştirak edir. Bu barədə Axiom şirkətinin direktoru Ceyhun Fərəcov bildirib.
Qeyd edək ki, səfər çərçivəsində Caspian Energy Club üzvləri Latviya, Estoniya və Finlandiyanı ziyarət edəcək. Səfərdə iştirak edəcək Axiom şirkətinin direktoru Ceyhun Fərəcov Caspian Energy Media-ya səfərdən gözləntiləri barədə məlumat verib. O, informasiya texnologiyaları sahəsində yeniliklərin və Azərbaycan bazarında xarici texnologiyaların tətbiqinə, eləcə də əməkdaşlıq imkanlarının əldə olunmasına inamını ifadə edib.
Xatırladaq ki, Caspian Energy Club International European Union Central Baltic proqramı tərəfindən yaradılmış LEF Network Azerbaijan layihəsinin rəsmi tərəfdaşı seçilib. 3 illik LEF Network Azerbaijan layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Keçən il start verilən layihə yaxın 3 il ərzində yaşıl texnologiyalar, informasiya texnologiyaları və təhsil sahəsində çalışan şirkətlərə dəstək olacaq. Bu layihə çərçivəsində Finlandiya, Estoniya və Latviyanın şirkətləri ilə Azərbaycan arasında 36 ay ərzində İKT, yaşıl texnologiyalar və təhsil sahələrində müqavilələrin imzalanması planlaşdırılır. Layihənin aparıcı tərəfdaşları sırasında Latviyanın Ticarət və Sənaye Palatası, Estoniyanın Ticarət və Sənaye Palatası və Finlandiyanın Satakunta Tətbiqi Elmlər Universiteti kimi qurumları yer alıblar.
AvtomatikaAz MMC və Goldingen.Tech şirkətlərinin nümayəndələri arasında görüş keçirilib
AvtomatikaAz MMC və Latviyanın Goldingen.Tech şirkətinin nümayəndə heyətləri arasında görüş keçirilib. Bu barədə Avtomatika.az MMC-nin təsisçisi və direktoru Xalid Səmədov bildirib.
Görüş Caspian Energy Club-ın təşkilatçılığı ilə Latviyanın paytaxtı Riqa şəhərinə işgüzar səfər çərçivəsində baş tutub. Görüşün əsas məqsədi iki şirkət arasında gələcək əməkdaşlığın inkişafı və faydalı əlaqələrin genişlənməsi olub.
AvtomatikaAz MMC 2019-cu ildən Azərbaycan Respublikasının daim inkişaf edən sənaye avtomatlaşdırma sənayesinin aparıcı şirkətlərindən biridir. Fəaliyyətinin əsas istiqaməti istehsal proseslərinin avtomatlaşdırılması, sənaye avadanlıqlarının istehsalı, eləcə də onun üçün ehtiyat hissələrinin satışıdır. İnşaat, kimya, tekstil və qida sənayesində fəaliyyət göstərən şirkət tam yerli və milli PLC, SCADA, eləcə də bütün avtomatlaşdırma həllərini təklif edir.
Goldingen.Tech şirkəti ABŞ, Kanada, İslandiya, Finlandiya, Norveç, Gürcüstan, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Ukrayna, Rusiya, Yaxın Şərq və Afrika (MENA), Cənubi Koreya və digər ölkələri əhatə edən qlobal müştərilərə uğurlu layihələr təqdim etmək üzrə güclü təcrübəyə malikdir. Geniş təcrübə şirkətə dünya miqyasında yerləşən müxtəlif layihələrə unikal perspektiv bəxş edir. Goldingen.Tech-in təcrübəli mühəndis və dizayner komandası istənilən layihənin öhdəsindən inamla gələ bilər.
Qeyd edək ki, bu görüşlər LEF Network Azerbaijan proqramı çərçivəsində mütəmadi olaraq keçirilməsi gözlənilir.
Axiom və Sunstar Group şirkətlərinin nümayəndələri arasında görüş keçirilib
Axiom və Sunstar Group şirkətlərinin nümayəndələri arasında görüş keçirilib. Axiom və Latviyanın Sunstar Group şirkətinin nümayəndə heyətləri arasında görüş keçirilib. Bu barədə Axiom-un direktoru Ceyhun Fərəcov bildirib.
Görüş Caspian Energy Club-ın təşkilatçılığı ilə Latviyanın paytaxtı Riqa şəhərinə işgüzar səfər çərçivəsində baş tutub. Görüşün əsas məqsədi iki şirkət arasında gələcək əməkdaşlığın inkişafı və faydalı əlaqələrin genişlənməsi olub.
Axiom MMC avtomobil izləmə və avto parkın idarə olunması sahəsində ixtisaslaşmışdır. 2012-ci ildən etibarən Türkiyənin tanınmış nəqliyyat izləmə firması olan Mobiliz ilə əməkdaşlıq yaradaraq, avto parka sahib olan şirkətlərə təhlükəsizliyin, məhsuldarlığın və qənaətliliyin artırılması üçün həllər təqdim edir. Şirkətin məqsədi avtoparka sahib olan şirkətlərin həmin avtoparkları daha təhlükəsiz, məhsuldar, və qənaətli idarə edə bilməsi üçün lazım olan həllərə əl çatanlığını asanlaşdırmaqdır.
Sunstar Group İş Sağlamlığı və Təhlükəsizliyi modelini və iş mühitinin inkişaf strategiyasını həyata keçirən şirkətdir. Sunstar Group-un əsas məqsədi insanlara və onların rifahına yönələn əməyin mühafizəsi proseslərinin idarə edilməsini dəyişdirmək və eyni zamanda qaydalara riayət etməkdir.
Qeyd edək ki, bu görüşlərin LEF Network Azerbaijan proqramı çərçivəsində mütəmadi olaraq keçirilməsi gözlənilir.
Azersu və Profecto şirkətlərinin nümayəndələri arasında görüş keçirilib
Azərsu ASC və Latviyanın Profecto şirkətinin nümayəndə heyətləri arasında görüş keçirilib. Bu barədə Azərsu ASC Mərkəzi Laboratoriyasının direktoru Elçin Əliyev bildirib.
Görüş Caspian Energy Club-ın təşkilatçılığı ilə Latviyanın paytaxtı Riqa şəhərinə işgüzar səfər çərçivəsində baş tutub. Görüşün əsas məqsədi iki şirkət arasında gələcək əməkdaşlığın inkişafı və faydalı əlaqələrin genişlənməsi olub.
Azərsu ASC Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü il tarixli Sərəncamı ilə yaradılıb. "Azərsu" ASC suyun mənbələrdən götürülməsi, emalı, nəqli, anbarlanması və paylanmasını təşkil edir, istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edir və onlara kanalizasiya xidmətləri göstərir, tulantı suların toplanması, nəqli, emalı və kənarlaşdırılmasını həyata keçirir. Səhmdar Cəmiyyət içməli və tullantı su sistemlərinin layihələndirilməsi, inşası, istismarı və onlara texniki xidmətlərin göstərilməsini təmin edir.
Profecto texniki tələblərin və bu tələblərin İT proqram həllərinə tərcüməsi sahəsində ixtisaslaşmışdır. Profecto həm iş adamları, həm də İT təchizatçıları ilə biznes ehtiyaclarına cavab verən həllər üzərində işləyir. Şirkət irimiqyaslı veb əsaslı layihələrdə 20 illik təcrübəyə malikdir.
Qeyd edək ki, bu görüşlərin LEF Network Azerbaijan proqramı çərçivəsində mütəmadi olaraq keçirilməsi gözlənilir.
Yağmur-2 və Eco Baltia şirkətlərinin nümayəndələri arasında görüş keçirilib
Yağmur-2 MMC və Latviyanın Eco Baltia şirkətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib. Bu barədə Yağmur-2 MMC-nin baş direktoru Namiq Haciyev bildirib.
Görüş Caspian Energy Club-ın təşkilatçılığı ilə Latviyanın paytaxtı Riqa şəhərinə işgüzar səfər çərçivəsində baş tutub. Görüşün əsas məqsədi iki şirkət arasında gələcək əməkdaşlığın inkişafı və faydalı əlaqələrin genişlənməsi olub.
Yağmur-2 MMC Azərbaycanın bütün ərazisi boyu suvarma sistemləri sahəsində fəaliyyət göstərən şirkətdir. Şirkətin məhsul portfeli çoxillik əkin sahələri, tərəvəz sahələri üçün damla suvarma sistemləri, landşaft, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və böyüdülməsi üçün yağmurlama sulama sistemləri, həmçinin idman meydançalarının sulanması üçün nəzərdə tutulmuş suvarma sistemlərindən ibarətdir. Bununla bərabər şirkət istixanalarda suvarma sistemlərinin tətbiqi üzrə böyük təcrübəyə malikdir.
Eco Baltia dövriyyə baxımından Baltikyanı ölkələrin ən böyük multiservisli tullantıların idarə edilməsi qrupudur. Eco Baltia-nın biznesi Latviyada tullantıların bərpasından tutmuş tullantıların toplanmasına, təkrar emal olunan məhsulların çeşidlənməsinə və ticarətinə və nəhayət təkrar emala qədər bütün tullantıların idarə olunması zəncirini əhatə edir.
Qeyd edək ki, bu görüşlərin LEF Network Azerbaijan proqramı çərçivəsində mütəmadi olaraq keçirilməsi gözlənilir.
Linguist LEF Network Azerbaijan layihəsi çərçivəsində işgüzar səfərdə iştirak edir
Linguist 26 may - 2 iyun tarixlərində LEF Network Azerbaijan layihəsi çərçivəsində baş tutan işgüzar səfərə qatılıb. Bu barədə Linguist şirkətinin təsisçisi və direktoru Nəzrin Məmmədova bildirib.
Qeyd edək ki, səfər çərçivəsində Caspian Energy Club üzvləri Latviya, Estoniya və Finlandiyanı ziyarət edəcəklər. Səfərdə iştirak edən Linguist şirkətinin təsisçisi və direktoru Nəzrin Məmmədova Caspian Energy Media-ya səfərdən gözləntiləri barədə məlumat verib. Onun sözlərinə görə, artıq Latviyanın Turiba Universiteti ilə müqavilə imzalanıb. Mayın 28-də isə Latviya Universiteti ilə müqavilə planlaşdırılır. Tallin və Helsinkidə də həmçinin universitet və dil mərkəzləri ilə yeni anlaşmalar planlaşdırılır. “Biz bəzi təhsil müssəsilərə ilə mübadilə proqramları çərçivəsində müəyyən işbirliyi yaradmağı da düşünürük”, - Linguist şirkətinin təsisçisi və direktoru Nəzrin Məmmədova bildirib.