Monday, 27 May 2024 17:21

Axiom LEF Network Azerbaijan layihəsi çərçivəsində işgüzar səfərdə iştirak edir

Axiom 26 may - 2 iyun tarixlərində LEF Network Azerbaijan layihəsi çərçivəsində baş tutacaq işgüzar səfərdə iştirak edir. Bu barədə Axiom şirkətinin direktoru  Ceyhun Fərəcov bildirib.

Qeyd edək ki, səfər çərçivəsində Caspian Energy Club üzvləri Latviya, Estoniya və Finlandiyanı ziyarət edəcək. Səfərdə iştirak edəcək Axiom şirkətinin direktoru  Ceyhun Fərəcov Caspian Energy Media-ya səfərdən gözləntiləri barədə məlumat verib. O, informasiya texnologiyaları sahəsində yeniliklərin və Azərbaycan bazarında xarici texnologiyaların tətbiqinə, eləcə də əməkdaşlıq imkanlarının əldə olunmasına inamını ifadə edib.

Xatırladaq ki, Caspian Energy Club International European Union Central Baltic proqramı tərəfindən yaradılmış LEF Network Azerbaijan layihəsinin rəsmi tərəfdaşı seçilib. 3 illik LEF Network Azerbaijan layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Keçən il start verilən layihə yaxın 3 il ərzində yaşıl texnologiyalar, informasiya texnologiyaları və təhsil sahəsində çalışan şirkətlərə dəstək olacaq. Bu layihə çərçivəsində Finlandiya, Estoniya və Latviyanın şirkətləri ilə Azərbaycan arasında 36 ay ərzində İKT, yaşıl texnologiyalar və təhsil sahələrində müqavilələrin imzalanması planlaşdırılır. Layihənin aparıcı tərəfdaşları sırasında Latviyanın Ticarət və Sənaye Palatası, Estoniyanın Ticarət və Sənaye Palatası və Finlandiyanın Satakunta Tətbiqi Elmlər Universiteti kimi qurumları yer alıblar.

Read 149 times Last modified on Wednesday, 29 May 2024 14:00

 

NEWS