
Super User
2024-cü ilin yanvar-iyun aylarında olan ÜDM istehsalı açıqlanıb
2024-cü ilin yanvar-iyun aylarında ölkədə 59520,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
Caspian Energy Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər nəfərinə düşən ÜDM 5840,7 manata bərabər olmuşdur.
Bu ilin I yarımilində olan sənaye istehsalının miqdarı açıqlanıb
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-iyun aylarında 31,5 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,3 faiz, qeyri neft-qaz sektorunda isə 7,4 faiz artmışdır.
Caspian Energy Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 65,0 faizi mədənçıxarma sektorunda, 29,2 faizi emal sektorunda, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
“Üzeyir Hacıbəyli” gəmisi Mingəçevirdə tikilən yeni elektrik stansiyası üzrə zəruri olan avadanlıqları Türkiyədən Azərbaycana çatdıracaq
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxus “Üzeyir Hacıbəyli” universal quru yük gəmisi “Azərenerji” ASC-nin sifarişinə uyğun olaraq Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində inşa edilən yeni elektrik stansiya üçün zəruri olan avadanlıqları Türkiyədən Azərbaycana çatdıracaq.
Caspian Energy Media ASCO-ya istinadla xəbər verir ki, ümumi çəkisi 1303.765 ton olan transformator və köməkçi avadanlıqlar Türkiyənin Heydərpaşa limanında gəmiyə yüklənib. Gəmi artıq yola düşüb.
Qeyd edək ki, sözügedən layihə üçün ASCO gəmisi ilə ötən il də İtaliyanın “Ansaldo Energia” şirkətinin istehsalı olan qaz turbinləri və generatorlar Azərbaycana gətirilmişdi.
Jeyhun Bayramov participated in the event of the 75th anniversary of NATO
Azerbaijan's Foreign Minister Jeyhun Bayramov took part in the 75th anniversary event of NATO hosted by US President Joe Biden as part of his business trip to Washington.
Caspian Energy Media reports that Foreign Minister Jeyhun Bayramov said this on his official "X" account.
“Glad to join NATO 75 Anniversary Celebratory Event hosted by POTUS in the margins of my working visit. On the 75th anniversary of NATO, with which we have beneficial cooperation under PfP programme, we look forward to continuing our partnership to contribute to int'l security”, the minister said.
Azərbaycan millisinin üzvü Dünya Kubokunda mübarizə aparacaq
Azərbaycanın boccia millisinin üzvü Sona Ağayeva Dünya Kubokunda mübarizə aparacaq.
Caspian Energy Media "Report"a istinadla xəbər verir ki, S.Ağayeva BC2 kateqoriyasında yarışacaq.
Qeyd edək ki, Portuqaliyanın Povoa de Varzim şəhərində keçiriləcək Dünya Kubokuna bu gün start veriləcək.
Oil prices down in world markets
Global oil markets experienced a decline in prices.
Caspian Energy Media reports with reference to AZERTAC that the price of Brent crude oil on the London ICE (InterContinental Exchange Futures) dropped by $0.37 to trade at $84.29, while the price of Light crude oil on the NYMEX (New York Mercantile Exchange) decreased by $0.30 to stand at $81.11.
Dünya birjalarında neft ucuzlaşıb
Caspian Energy Media AZƏRTAC-a istinadla xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,37 dollar azalaraq 84,29 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,30 dollar azalaraq 81,11 dollar təşkil edib.
Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb
Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.
Caspian Energy Media AZƏRTAC-a istinadla xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,4 dollar və ya 1,55 faiz azalaraq, 88,89 dollar olub.
Volume of gas and condensate produced from the "Absheron" field announced
The Absheron gas and condensate field produced more than 1.5 bcm of gas and approximately 580 thousand tons of condensate during a year for the early production scheme (EPS) phase.
It should be noted that Energy Minister Parviz Shahbazov said this on his official "X" account.
“The plans of developing the Absheron field in stages and increasing the annual production from 1.5 bcm to 6 bcm are significant contributions to the energy security of our country, as well as of our regional and European partners”, the minister said.
“Abşeron” yatağından hasil edilən qaz və kondensatın həcmi açıqlanıb
Abşeron qaz-kondensat yatağından İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə bir il ərzində 1.5 mlrd. kubmetrdən çox qaz və təxminən 580 min ton kondensat hasil edilib.
Qeyd edək ki, bu barədə energetika naziri Pərviz Şahbazov rəsmi “X” hesabında bildirib.
“Abşeron”un mərhələli inkişafı, illik hasilatın 1,5 mlrd. kubmetrdən 6 mlrd. Kubmetrədək çatdırılması ilə bağlı planlar ölkəmizin, eləcə də regional və avropalı tərəfdaşlarımızın enerji təhlükəsizliyinə mühüm töhfədir”,- deyə nazir qeyd edib.