Super User
Состоялась рабочая встреча руководителей водно-энергетических ведомств Казахстана, Кыргызстана и Узбекистана
В Министерстве энергетики Узбекистана состоялась рабочая встреча руководителей водно-энергетических ведомств Казахстана, Кыргызстана и Узбекистана.
В качестве приглашенного гостя на встрече присутствовал также первый заместитель Министра энергетики Азербайджана Камал Аббасов.
Основное внимание на встрече было уделено вопросам обеспечения бесперебойного функционирования водно-энергетических систем в осенне-зимний период. Участники согласовали графики работы сетей и обсудили дальнейшие меры по поддержанию стабильности системы.
По итогам встречи стороны подписали соответствующий протокол.
Об этом сообщает “Caspian Energy Media” со ссылкой на Министерство энергетики Республики Казахстан.
Между министерством образования и науки Кыргызстана и Всемирным Банком состоялась встреча
15 октября 2024 года, министр образования и науки Кыргызской Республики Догдуркүл Кендирбаева встретилась с представителем Всемирного Банка Ритой Куллберг Алмейда для обсуждения дальнейших шагов в сотрудничестве по развитию образовательного сектора страны. На встрече обсуждались вопросы, связанные с получением нового гранта от Всемирного Банка для поддержки ключевых образовательных инициатив.
Важным пунктом встречи стало обсуждение трансформации образовательной системы Кыргызской Республики.
Всемирный Банк поддержал инициативы по модернизации образования, особенно в вопросах повышения квалификации учителей, акцентируя внимание на развитие цифровых навыков.
Об этом сообщает “Caspian Energy Media” со ссылкой на Министерство образования и науки Кыргызской Республики.
Sinqapurda yaşayan Azərbaycan icması ilə görüş keçirilib
Sinqapur şəhərində Sinqapur Respublikasında yaşayan Azərbaycan icması ilə görüş keçirilib.
Görüşdə iştirak edən azərbaycanlı iş adamları, tələbələr və müxtəlif sahələrdə çalışan soydaşlarımız Sinqapurdakı Azərbaycan icmasını ilk dəfə bir araya gətirdiyinə görə Azərbaycan dövlətinə təşəkkürlərini bildirib.
Bu barədə “Caspian Energy Media” Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Состоялась встреча с азербайджанской общиной, проживающей в Сингапуре
В Сингапуре состоялась встреча с азербайджанской общиной, проживающей в Республике Сингапур. Принимавшие участие в мероприятии азербайджанские бизнесмены, студенты и наши соотечественники, работающие в различных сферах, поблагодарили Азербайджанское государство за впервые организованную встречу азербайджанской общины в Сингапуре.
Об этом сообщает “Caspian Energy Media” со ссылкой на Государственный комитет по работе с диаспорой.
Almaniyada azərbaycanlı bəstəkarın təşkilatçılığı ilə beynəlxalq musiqi festivalı keçirilib
Almaniyada azərbaycanlı bəstəkar, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Səsin Körpüsü” ("Bridge of Sound") ansamblının yaradıcısı və bədii rəhbəri, həmyerlimiz Xədicə Zeynalovanın təşkilatçılığı ilə “Səsin harmoniyası” (“Harmony of Sound”) adlı dördüncü beynəlxalq musiqi festivalı keçirilib.
Kuba musiqi mədəniyyətinə həsr olunan festival “Passion de Cuba” adı altında Almaniyanın üç müxtəlif şəhərində - Bilefeld, Marienmünster və Detmoldda məşhur konsert zallarında təşkil edilib.
Soydaşımız Almaniyanın tanınmış “Klosterlandschaft OWL” Fondu və Almaniya Mədəniyyət Nazirliyi tərəfindən “Artist in Residence – Künstlerin des Jahres 2024” mükafatına və nominasiyasına layiq görülüb, ilin bəstəkarı seçilib.
Bu barədə “Caspian Energy Media” Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Председатель Государственного комитета по работе с диаспорой встретился с мэром Куала-Лумпура
Председатель Государственного комитета Азербайджанской Республики по работе с диаспорой (ГКРД) Фуад Мурадов, находящийся с визитом в Малайзии, встретился с мэром Куала-Лумпура Маймуной Мохд Шариф.
Мэр, тепло поприветствовав гостя, отметила, что неоднократно приезжала в Баку и была восхищена гостеприимством нашего народа, выразила признательность за приглашение официальных лиц Малайзии на предстоящую в Баку 29-ю сессию Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP29). Oна подчеркнула, что для сохранения древней части города Куала-Лумпур, как Ичеришехер, изучен опыт Баку, который планируется применить.
На встрече состоялся обмен мнениями о развитии сотрудничества в вопросах, представляющих взаимный интерес.
Об этом сообщает “Caspian Energy Media” со ссылкой на Государственный комитет по работе с диаспорой.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Malayziyada səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Kuala Lumpur şəhərinin meri xanım Maimunah Mohd Şarif ilə görüşüb.
Qonağı səmimi salamlayan mer bir neçə dəfə Bakıya səfər etdiyini, xalqımızın qonaqpərvərliyinə heyran olduğunu söyləyib, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) Malayziya rəsmilərinin dəvət olunmasına görə təşəkkürünü bildirib. O, Kuala Lumpur şəhərinin qədim hissəsini İçərişəhər kimi qorumaq üçün Bakının təcrübəsini öyrəndiklərini və tətbiq etmək niyyətində olduqlarını vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.
Bu barədə “Caspian Energy Media” Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Azərbaycan və İran arasında Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşası müzakirə edilib.
“Caspian Energy Media”xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"İrana rəsmi səfər çərçivəsində bu ölkənin dəmir yolu administrasiyasının rəhbəri Cabbar Əli Zakeri Sardrudi ilə görüşdük. Müzakirələrimizin mövzusu İrandan keçməklə Şərqi Zəngəzur İqtisadi Rayonu və Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsini təmin edəcək dəmir yolu xəttinin inşası və Şimal-Cənub dəhlizi üzrə əməkdaşlığın gücləndirilməsi oldu. ADY-nin hər iki marşrutun inkişafı ilə bağlı atdığı addımları və gələcək planlarını nəzərə çatdırdıq", - deyə o qeyd edib.
Азербайджан и Иран обсудили строительство железной дороги из Восточного Зангезура в Нахчыван
Азербайджан и Иран обсудили строительство железнодорожной линии, которая соединит Восточный Зангезур и Нахчыван.
Как сообщает “Caspian Energy Media”, об этом председатель ЗАО "Азербайджанские железные дороги" (АЖД) Ровшан Рустамов написал в соцсети "X".
"Caspian Energy Club" Latviya, Estoniya və Finlandiya şirkətləri üçün Naxçıvana səfər təşkil edib
"Caspian Energy Club" "LEF Network Azerbaijan" layihəsi çərçivəsində Latviya, Estoniya və Finlandiya şirkətləri üçün Naxçıvan Muxtar Respublikasına “Business Tour” təşkil edib. Bu barədə “Caspian Energy Club”ın baş icraçı direktorun birinci müavini və baş maliyyə direktoru Rasim Mahmudov bildirib.
İşgüzar səfərdə Latviya, Estoniya və Finlandiyadan olan şirkət rəhbərləri, bu ölkələrin Ticarət Palatalarının nümayəndələri iştirak ediblər. “Business Tour” çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti, Naxçıvan Dövlət Universiteti və "Caspian Energy Club"ın birgə təşkilatçılığı ilə “International B2G Forum” baş tutub.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəis müavini Tural Murtuzəliyev, Naxçıvan Dövlət Universitetinin rektorunun müşaviri Rəcəb Cəfərli, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasına daxil olan sahibkarlar və bir sira ekspertlərin iştirakı ilə keçən “International B2G Forum”da iştirakçılara Naxçıvanın investisiya potensialı, "yaşıl" enerji, dayanıqlı inkişaf, Naxçıvanda istehsal olunan məhsullar və yeni layihələr və s. aktual mövzular haqqında ətraflı məlumat verilib.
Rasim Mahmudovun sözlərinə görə, “International B2G Forum”un əsas məqsədi xarici şirkət nümayəndələri ilə yerli dövlət və özəl sektorun nümayəndələri arasında networking əlaqələrinin yaradılmasıdır. “Bu forum, xarici şirkətlərə Azərbaycanın bölgələrinin iqtisadi potensialı və ticarət imkanları ilə yaxından tanış olma imkanı təqdim edir”, - Rasim Mahmudov əlavə edib.
“International B2G Forum”un sonunda yerli iri və orta biznes subyektləri ilə sözügedən ölkələrdən olan şirkətlər arasında B2B görüşlər keçirilib. B2B görüşlərdə iştirakçılar öz sahələrindəki trendləri və bazar tələblərini müzakirə edərək qarşılıqlı əməkdaşlıq imkanlarını araşdırıblar.
“Əvvəlki “Business Tour”da biz məhsulların ixracı və idxalı mövzularını müzakirə etdik, lakin bu missiyada diqqətimizi daha çox "yaşıl" texnologiyaların tətbiqinə və onların davamlı inkişafına yönəltdik. “Yaşıl” texnologiyalarla bağlı innovativ həllərin araşdırılması və tətbiqi, şirkətlərin bazar rəqabətində üstünlük qazanmasına imkan yaradır. Bu yolda irəliləmək üçün, iştirakçılar arasında əməkdaşlığın artırılması və networking-in gücləndirilməsi zəruridir”, - Rasim Mahmudov bildirib.
Davam edən “Business Tour” çərçivəsində Naxçıvanda yerləşən günəş enerjisi panelləri və digər müasir istehsal prosesləri ilə tanışlıq məqsədilə yerli müəssisələr ziyarət olunub. Ziyarət zamanı iştirakçılar müasir avadanlıqlarla tanış olub, günəş enerjisinin istifadəsinin faydaları, bu texnologiyanın regiondakı tətbiqi və davamlı inkişaf perspektivləri barədə məlumat əldə ediblər. Həmçinin, yerli istehsalçılarla əməkdaşlıq imkanları müzakirə edilib.
“Caspian Energy Club” olaraq biz regional inkişafa töhfələrimizi verməyə davam edirik. Bu məqsədlə Latviya, Estoniya və Finlandiyadan olan tərəfdaş şirkətlər üçün “Business Tour” təşkil olunmuşdur. Bizim məqsədimiz, davamlı inkişaf və "yaşıl" texnologiyalar sahəsində yeni əməkdaşlıqlara imza atmaqdır”, - deyə Rasim Mahmudov bildirib.
Bu səfər “LEF Network Azerbaijan” layihəsi çərçivəsində bu il Latviya, Estoniya və Finlandiya sahibkarın Azərbaycana etdiyi ikinci səfərdir. Hər il oktyabr ayında "Caspian Energy Club" regionlarımızın təqdim etdiyi geniş imkanları işıqlandırmaq və onların dinamik inkişafını əks etdirmək məqsədilə regional "Business Tour"lar təşkil edir. Bu səfərlər, yalnız iqtisadi əlaqələri gücləndirmək deyil, eyni zamanda müasir texnologiyaların və innovativ həllərin bölgələrimizdə necə tətbiq olunduğunu nümayiş etdirmək baxımından da mühüm əhəmiyyət kəsb edir.
Xatırladaq ki, “Caspian Energy Club International” “European Union Central Baltic” proqramı çərçivəsində yaradılmış “LEF Network Azerbaijan” layihəsinin rəsmi tərəfdaşı seçilib. Üçillik “LEF Network Azerbaijan” layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığın inkişafına yönəlib. Keçən ildən başlayan layihə növbəti 3 il ərzində "yaşıl" texnologiyalar, informasiya texnologiyaları və təhsil sektorlarında fəaliyyət göstərən şirkətlərə dəstək verəcək. Bu layihə çərçivəsində 36 ay ərzində Finlandiya, Estoniya, Latviya və Azərbaycan şirkətləri arasında İKT, "yaşıl" texnologiyalar və təhsil sahəsində müqavilələrin imzalanması planlaşdırılır. Layihənin aparıcı tərəfdaşları Latviya Ticarət və Sənaye Palatası, Estoniya Ticarət və Sənaye Palatası və Finlandiyanın Satakunta Tətbiqi Elmlər Universitetidir.
“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.
Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. “Caspian Energy Club”ın həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində “Caspian Energy Club”ın fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə “Caspian Energy Club”ın fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.
http://caspianenergy.net/index.php/en/journal-archive-en/itemlist/user/43-superuser?start=1250#sigProGalleria0b51fecb50