Tuesday, 30 July 2024 11:12

KOB subyektlərinin 79 layihəsinə təqribən 1,4 mln. manat qrant ayrılıb

KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2024-cü ilin yanvar-iyun ayları ərzində 21 layihəyə 374488 manat həcmində qrant ayrılıb.

Caspian Energy Media “KOBIA”ya istinadən xəbər verir ki,indiyədək isə KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsinə dəstək üçün 5 qrant müsabiqəsi təşkil edilib. Bu müsabiqələrə təqdim edilmiş layihələrdən 79-na 1426955 manat məbləğində qrant dəstəyi göstərilib.

Növbəti, 6-cı qrant müsabiqəsi 2024-cü ilin ikinci yarısında keçiriləcəkdir.

Daha ətraflı

 

Read 151 times

 

NEWS