Friday, 02 May 2025 14:21

Azərbaycan və Rumıniya qaz tədarükünü müzakirə edib

Azərbaycan və Rumıniya arasında qaz tədarükü məsələsi müzakirə edilib.

“Caspian Energy Media” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, İstanbulda Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja ilə görüşüb.

Görüşdə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin inkişafı, qaz tədarükü və enerji əməkdaşlığının gündəliyində olan digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Read 55 times Last modified on Friday, 02 May 2025 11:24

 

NEWS