Super User

Super User

Вторник, 20 Август 2024 15:34

"Səba"nın aktivləri başqa bir şirkətə satılıb

"Səba" şirkətinin aktivləri başqa bir şirkətə satılıb, indiki vəziyyətdə müəssisəsdə istehsalın dayanması mümkün deyil".

“Caspian Energy Media” “Marja.az”a istinadla xəbər verir ki, bunu Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib.

Assosiasiyanın sədri əlavə edib ki, "Səba" ASC şirkətinin aktivlərini "Chicken Pro." MMC şirkəti alıb:

 

"Quşçuluq müəssisəsində istehsal dayanmır, "Səba" markası ilə satış davam edəcək. Hazırkı vəziyyətdə istehsalın dayanması mümkün deyil - çünki inqubatorda yumurtalar, sahədə toyuqlar, kəsimxanada kəsim prosesi var".

Вторник, 20 Август 2024 14:31

Qızıl tarixi maksimuma çatıb

Bu gün dünya bazarında qızılın qiyməti aparıcı mərkəzi bankların pul siyasətini yumşaltması və geosiyasi gərginliyə görə etibarlı aktivlərə güclü tələbat səbəbindən yeni tarixi maksimuma çatıb.

“Caspian Energy Media” xəbər verir ki, “Comex”qızılın 1 usniyasının qiyməti 0,3 % artaraq 2 510,2 ABŞ dollarına çatıb.

Qeyd edək ki, ilin əvvəlindən qızıl 21,5 % bahalaşıb.

On August 20, 2024, a meeting took place between Rovshan Najaf, President of the Association of Football Federations of Azerbaijan (AFFA), and Levan Kobiashvili, President of the Georgian Football Federation (GFF).

Caspian Energy Media reports with reference to  AFFA that during the meeting, they discussed mutual cooperation between AFFA and GFF. Both parties expressed confidence that this collaboration will contribute to the development of football in both countries in the future.

20 avqust 2024-cü il tarixində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəflə Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Levan Kobiaşvili arasında görüş keçirilib.

“Caspian Energy Media” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı AFFA və GFF arasında qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Tərəflər bu əməkdaşlığın gələcəkdə hər iki ölkədə futbolun inkişafına fayda verəcəyinə əminliklərini ifadə ediblər.

Вторник, 20 Август 2024 14:08

Today at 23:00: GNK Dinamo – Qarabag FC

Azerbaijan's representative in the UEFA Champions League, Qarabag FC, will play the first leg match in the play-offs today. The team will face the Croatian club GNK Dinamo in Zagreb, Caspian Energy Media reports with reference to AFFA.

The match, which will be held at Maksimir Stadium, will start at 23:00 Baku time. It will be officiated by a team of referees from Sweden and will be broadcast live on the CBC Sport TV channel.

Read more

Rusiya hökuməti “Ulyanovsk – Bakı - Astara (İran)” birbaşa yük blok qatarının marşrutunu təsdiqləyib.

“Caspian Energy Media” “Report”a istinadla xəbər verir ki, bunu Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix bildirib.

Onun sözlərinə görə, qatarın işə salınması Bakıya səfəri zamanı Azərbaycanın Baş Naziri Əli Əsədovla əldə etdiyi razılaşmaların, o cümlədən Rusiyanın Bakıdakı səfirliyi, Ticarət Nümayəndəliyi və Sənaye və Ticarət Nazirliyinin dəstəyi ilə iki ölkənin dəmir yolu idarələrinin əlaqələndirilmiş işinin nəticəsidir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Zaqatala, Bakı-Gəncə, Bakı-Şəmkir və Bakı-Mingəçevir şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarıb.

“Caspian Energy Media” AYNA-ya istinadla xəbər verir ki, “Bakı-Zaqatala-Bakı” və “Bakı-Mingəçevir-Bakı” marşrutları üzrə hüquqi şəxs “BakuBus” MMC;

“Bakı-Gəncə-Bakı” marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol” MMC;

“Bakı-Şəmkir-Bakı” marşrutu üzrə fiziki şəxs Qurbanov Bilal Xeyrəddin oğlu komissiya üzvləri tərəfindən ən çox bal toplayaraq qalib elan olunublar.

Daha ətraflı

Вторник, 20 Август 2024 11:16

“Qarabağ” pley-off mərhələsində ilk oyununa çıxacaq

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsində ilk oyununa çıxacaq. Komanda Zaqrebdə Xorvatiyanın “Dinamo” kollektivi ilə qarşılaşacaq.

“Caspian Energy Media” AFFA-ya istinadla xəbər verir ki, “Maksimir” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İsveçdən olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Daha ətraflı

Su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birlikdə növbəti dəfə açıq suda kütləvi üzmə yarışı keçirəcək.

“Caspian Energy Media” nazirliyə istinadla xəbər verir ki, avqustun 31-də Kür çayının iki sahili arasında təşkil ediləcək “Kürü keçək?!” adlı üzmə yarışında ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər.

“Sən də Kürü keçənlərdən ol” şüarı ilə keçiriləcək yarışa qoşulmaq istəyənlər 28 avqust 2024-cü il tarixədək (saat 12:00-dək) linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi avqustun 20-də saat 08.59-da başa çatıb.

“Caspian Energy Media” DİM-ə istinadla xəbər verir ki, Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə 82870 elektron ixtisas seçimi ərizəsi təqdim edilib. Ən çox ərizə isə I qrupa verilib.

Qeyd edək ki, elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmır.

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ