Super User

Super User

С 26 мая по 2 июня в рамках проекта LEF Network Azerbaijan состоялась деловая поездка членов Caspian Energy Club в Латвию, Эстонию и Финляндию. 31 мая состоялся Business Tour в EastCham, расположенный в столице Финляндии - Хельсинки. В ходе Business Tour представители компаний Azersu, Axiom, AvtomatikaAz и Yağmur-2 ознакомились с финской промышленностью и провели продуктивный обмен мнениями.

İyunun 6-da Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Konfransı çərçivəsində COP29 sədrliyinin komandası inkişaf etməkdə olan kiçik ada dövlətləri (SIDS) üzrə Danışıqlar Qrupunun nümayəndələri ilə ikitərəfli görüş keçirib.

Caspian Energy Media AZERTAC-a istinadən xəbər verir ki, görüş zamanı iqlim dəyişmələrinin mənfi təsirlərinə uyğunlaşma, iqlim maliyyələşməsi, dəniz səviyyəsinin qalxması, təbii fəlakətlər və kiçik ada dövlətlərinin üzləşdiyi digər ekoloji problemlər və onların həlli yolları ətrafında müzakirələr aparılıb və COP 29-dan gözləntiləri dinlənilib.

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi və “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”nın (OGDC) təşkilatçılığı ilə “Sənayenin “xalis sıfır”a gedən yolunu formalaşdırmaq və “OGDC”nin ambisiyalarını həyata keçirmək” mövzusunda beynəlxalq tədbir keçirilib.

Caspian Energy media SOCAR-a istinadən xəbər verir ki, tədbirdə SOCAR, bp, “Saudi Aramco”, “ADNOC”, “Petronas”, “TotalEnergies”, “ExxonMobil” kimi beynəlxalq enerji şirkətlərinin, “Ətraf Mühitin Mühafizəsi Fondu”nun (EDF), Beynəlxalq neft-qaz sənayesində ətraf mühitin mühafizəsi Assosiasiyasının (IPIECA), Beynəlxalq Enerji Agentliyinin (IEA), Dünya Bankı kimi nüfuzlu təşkilatların, həmçinin “WOOD”, “Baker Hughes”, “SLB”, “Uniper”, “Mitsubishi Corporation”, “Honeywell”, “Fortescue”, “Bain & Company”, “Boston Consulting Group”, “Wolters Kluwer Enablon” kimi bir sıra tanınmış şirkətlərin rəhbər şəxsləri iştirak ediblər.

Daha ətraflı               

Azərbaycanın energetika naziri Pərviz Şahbazov BP-nin istehsal və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell ilə görüşüb.

Caspian Energy Media xəbər verir ki, bu barədə nazir rəsmi “X” hesabında paylaşım edib.

“Biz BP-nin istehsal və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell ilə “Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz” və “Şəfəq-Asiman” yataqlarında mövcud vəziyyəti və perspektivləri, AÇG-də dərin qaz laylarından gələn il hasilata başlanması çərçivəsində həyata keçirilən işləri dəyərləndirdik”, - paylaşımda qeyd edilib.

 

Пятница, 07 Июнь 2024 11:33

HOS graduate conquers US university

Orkhan Khankishiyev, a graduate of Baku Higher Oil School of SOCAR (BHOS), has been named “The Most Active Master Student of the Year”, Caspian Energy Media reports with reference to HOS.

For his academic and social activities, he was honored with the “The Most Active Master Student of the Year” award by the Petroleum Engineering Department of the University of Oklahoma, USA.

Orkhan Khankishiyev is currently pursuing his doctoral studies at the University of Oklahoma and working on a research project on geothermal well operation.

Read more

Пятница, 07 Июнь 2024 11:13

BANM məzunu ABŞ universitetini fəth etdi

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Orxan Xankişiyev “İlin ən aktiv magistratura tələbəsi” seçilib. Elmi və sosial fəaliyyətləri ilə fərqləndiyi üçün Amerikanın Oklahoma Universitetinin Neft-qaz mühəndisliyi şöbəsi tərəfindən “İlin ən aktiv magistratura tələbəsi” mükafatını qazanıb.

Caspian Energy Media BANM-a istinadən xəbər verie ki, Orxan hazırda sözügedən universitetdə doktorantura təhsilini davam etdirir və geotermal quyuların istismarı mövzusunda tədqiqat proyekti üzərində çalışır.

Daha ətraflı

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonyo-İveala ilə görüşüb.

Caspian Energy Media xəbər verir ki, Nazirlikdə keçirilmiş görüşdə ÜTT ilə əlaqələrin inkişaf perspektivləri, ölkəmizin təşkilata üzvlük prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Daha ətraflı

Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol millisinin Avropa Kubokunda Ermənistanla keçirəcəyi oyununun vaxtı bəlli olub.

Caspian Energy Media AZƏRTAC-a istinadən xəbər verir ki, iyunun 8-də Kosovonun paytaxtı Priştina şəhərində baş tutacaq görüş Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.

Komandamız eyni gündə daha üç matç keçirəcək.

Среда, 05 Июнь 2024 17:57

MyGroup Holdinq CEO Breakfast-ın sponsoru olub

MyGroup Holdinq 7 iyun tarixində keçiriləcək CEO Breakfast-ın sponsoru olub. Bu barədə Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev bildirib.

Qeyd edək ki, 2017-ci ildən Azərbaycanda fəaliyyət göstərən MyGroup Holdinq elektronika satışı sahəsində fəaliyyətə başlamışdır. Hal hazırda MyGroup Holdinq-ə daxil olan şirkətlər avtomobil satışı, neft sektorunda iştirak, marketinq xidmətləri, ətriyyatın pərakəndə satışı, Dubayda daşınmaz əmlak satışı və s. bir sıra sahələr üzrə xidmət göstərir.

Среда, 05 Июнь 2024 17:55

OKmedia CEO Breakfast-ın sponsoru olub

OKmedia 7 iyun tarixində keçiriləcək CEO Breakfast-ın sponsoru olub. Bu barədə Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev bildirib.

Qeyd edək ki, 2014-cü ildən Azərbaycanda fəaliyyət göstərən OKmedia veb saytların hazırlanması, saytlara texniki dəstək, korporativ e-mail xidməti, online ödəmə sistemin inteqrasiyası kimi sahələr üzrə xidmət göstərir. Şirkət tərəfindən indiyədək 400-dən artıq veb-sayt hazırlanıb.

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ