Понедельник, 23 Декабрь 2024 17:21

Qazaxıstan 2025-ci ildə Ələt limanında terminalın tikintisinə başlayacaq

Qazaxıstan 2025-ciildə Bakının Ələt qəsəbəsində yerləşən Beynəlxalq Dəniz Ticarət Limanında terminalın tikintisinə başlayacaq.

"Qazaxıstan gələn il Ələtlimanı, Moskva yaxınlığındakı Selyatino qəsəbəsiBelarusun Svisloç stansiyası və Daşkənddə terminallarıntikintisinə başlayacaq. “Caspian Energy Media” xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev parlamentdə çıxışı zamanı bildirib.

Yeni terminalların ümumi gücü ildə 1 milyon 200 min konteyner təşkil edəcək", - M.Karabayev bu gün Məclisdə hökumətin səyyar iclasında çıxışı zamanı bildirib.

O əlavə edib ki, hazırda Lyanyunqan limanında və Sian şəhərinin quru limanında Qazaxıstan-Çin terminalları, Gürcüstanın Poti limanında isə qazaxıstanlı iş adamına məxsus ildə 500 min konteyner gücündə terminal fəaliyyət göstərir.

Read 26 times Last modified on Понедельник, 23 Декабрь 2024 12:31

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ