Понедельник, 23 Декабрь 2024 14:01

İqtisadiyyat Nazirliyində Ruandanın İnkişaf Şurasının Baş icraçı direktoru ilə görüş keçirilib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Ruanda İnkişaf Şurasının Baş icraçı direktorunun müavini Juliana Muganza ilə görüşüb.

Görüşdə ölkəmizin sosial xidmətlər sahəsində uğurlu təcrübəsi, bu sahədə aparılmış islahatlar barədə məlumat verilib, əlaqələrin inkişafına dəstək məqsədilə hüquq-müqavilə bazasının genişləndirilməsinin vacibliyi vurğulanıb. Tərəflər həmçinin iqtisadiyyat, ticarət və humanitar sahələrdə  əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Bu barədə “Caspian Energy Media” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

 

Read 15 times Last modified on Понедельник, 23 Декабрь 2024 11:07

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ