İtaliyada səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə bu ölkənin mədəniyyət naziri Alessandro Ciuli arasında ikitərəfli görüş keçirilib. Dekabrın 19-da gerçəkləşən görüşdə azərbaycanlı həmkarını səmimi salamlayan Alessandro Ciuli iki ölkə arasında ticarət və energetika sahələrində əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirib.
Görüşdə bədii təhsil, mədəniyyət ocaqlarının idarə edilməsi, musiqi kollektivlərinin qarşılıqlı qastrol səfərlərinin təşkili qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu barədə “Caspian Energy Media” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.