Понедельник, 23 Декабрь 2024 10:22

Azərbaycanda bank xidmətlərinin keyfiyyətinin yüksəldilməsi müzakirə olunub

Azərbaycan Mərkəzi Bankda (AMB) maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və bank xidmətlərinin keyfiyyətinin yüksəldilməsi müzakirə olunub.

“Caspian Energy Media” xəbər verir ki, bu barədə AMB-nin “X” sosial şəbəkəsindəki hesabında bildirilib.

Bu müzakirələr AMB-nin sədr müavini Toğrul Əliyevin Azərbaycan Banklar Assosiasiyası və kommersiya banklarının rəhbər şəxsləri ilə keçirilən görüşdə baş tutub.

Görüşdə bankların bu sahədə həyata keçirdiyi tədbirlər, eləcə də istehlakçı hüquqlarının qorunması istiqamətində əməkdaşlığın daha da gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Read 22 times Last modified on Понедельник, 23 Декабрь 2024 10:25

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ