Четверг, 19 Декабрь 2024 17:53

“Caspian Energy Club” Azərbaycanda ilin ən böyük “networking” tədbirini təşkil edib

18 dekabr tarixində “Gülüstan” sarayında ilin ən böyük “networking” tədbiri olan, “Yaşıl dünya naminə həmrəylik ili” və “Caspian Energy” brendinin 25 illik yubileyinə həsr olunmuş 11-ci Beynəlxalq "Caspian Business Award 2024" mükafatının təltifetmə mərasimi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təşkil olunub. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.

Ölkənin biznes dairələrinin mühüm simalarını bir araya gətirən tədbir barədə məlumat verən Telman Əliyev qeyd edib ki, 11-ci Beynəlxalq “Caspian Business Award 2024” mükafatı ölkənin və beynəlxalq səviyyədə iş dünyasında fərqlənən şirkətlərin uğurlarını tanıtmaq məqsədini daşıyır. “Tədbirdən öncə biz müxtəlif suallar əsasında sorğu keçiririk: “⁠Etibarlı tərəfdaş” statusu Sizdə hansı dövlət və ya özəl şirkətin adı ilə assosiasiya olunur?”, “⁠İndiki fəaliyyətinizdə hansı dövlət və ya özəl şirkətlə əməkdaşlıqdan tam razısınız?”, “İndiki fəaliyyətinizdə hansı özəl və ya dövlət şirkəti ilə əməkdaşlıq etmək istərdiniz, lakin hansısa səbəblərdən edə bilmirsiniz?”, “Hansı özəl və ya dövlət şirkətləri ilə əvvəllər əməkdaşlıq etmisiniz, amma hansısa səbəblərdən imtina etməyə qərara gəlmisiniz?”, “Hansı özəl və ya dövlət şirkətləri ilə heç bir halda əməkdaşlıq etmək istəməzsiniz?”, “⁠Hansı özəl və ya dövlət şirkətləri ilə əməkdaşlığı öz dostlarınıza və partnyorlarınıza tövsiyə edərsiniz?”. Bu suallar əsasında etibarlı və etibarsız şirkətlərin şərti reytinqini tərtib edirik. İlin sonunda bu reytinqə əsaslanaraq liderləri müəyyən edir və onlara mükafat təqdim edirik. Bu müntəzəm tədbirin keçirilməsi xoş bir ənənəyə çevrilib və artıq 11-ci ildir ki, biz Azərbaycanın aparıcı dövlət və özəl şirkətlərini bir araya toplayaraq ilin ən böyük “networking” tədbirini təşkil edirik”, – deyə Telman Əliyev bildirib və əlavə edib ki, nominantlar “Caspian Energy Club”a daxil olan yüksək və orta səviyyəli şirkətlərin menecцerləri arasında keçirilən sorğu əsasında müəyyən ediliblər. Mükafatlar iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkətləri əhatə edir.

Telman Əliyev onu da əlavə edib ki, xaricdə çalışan hər hansı bir şirkət, bu reytinqə daxil olan şirkətlərlə əməkdaşlıq etmək istədikdə, “Caspian Energy Club”a müraciət edir və onlara reytinqə əsasən uyğun şirkətlər haqqında rəy və tövsiyə verilir.

11-ci Beynəlxalq “Caspian Business Award 2024” tədbiri dövlət qurumlarının və nazirliklərin rəhbərləri, “Caspian Energy Club”a üzv olan, habelə kluba üzv olmayan aparıcı şirkətlərin top-menecerlərini bir araya gətirib.

11-ci Beynəlxalq “Caspian Business Award 2024” mükafatını “İlin şirkətlər qrupu” nominasiyasında “My Group”, “İlin logistika şirkəti” nominasiyasında ASE Şirkətlər Qrupu, “İlin toyuq məhsulları istehsalçısı” nominasiyasında “Azerbaijan Poultry Company” MMC (“Mərcan”), “İlin informasiya texnologiyaları şirkəti” nominasiyasında “CASPEL”, “İlin sərgi təşkilatçısı” nominasiyasında “Caspian Event Organisers”, “İlin süd məhsulları istehsalçısı” nominasiyasında “Atena” MMC, “İlin sığorta şirkəti” nominasiyasında ⁠“Azərbaycan Sənaye Sığorta” ASC, “İlin dayanıqlılıq üzrə konsaltinq şirkəti” nominasiyasında “Sustainera Solutions”, “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyasında “Azpetrol LTD” MMC, “İlin otellər qrupu” nominasiyasında “Hotels Group”, “İlin aqrosənaye şirkəti” nominasiyasında “Azərşəkər” MMC, “İlin ödəniş sistemi” nominasiyasında “Odero”, “İlin isitmə və havalandırma sistemləri (HVAC) üzrə” nominasiyasında “Yusi Ko” MMC, “İlin tikinti şirkəti” nominasiyasında “Maqro Construction”, “İlin kənd təsərrüfatı təyinatlı texnikasının distribyutoru” nominasiyasında “Agritex”, “İlin korporativ mebel istehsalçısı” nominasiyasında “VİTAM” və “İlin qənnadı məhsulları istehsalçısı” nominasiyasında Ləzzət Şirkətlər Qrupu kimi şirkətlər qazanıblar. 

“Maliyyə sektorunun inkişafına verdiyi xüsusi töhfəyə görə” nominasiyasında Bakı Fond Birjasının (BFB) Müşahidə Şurasının sədri Fərid Axundov, “Sahibkarlığın inkişafına verdiyi xüsusi töhfəyə görə” nominasiyasında “Caspian Business Award 2024” mükafatına “Azersun Holding”in Müşahidə Şurasının sədri Abdolbari Gözəl, “Cahan Holding”in prezidenti Vüqar Abbasov, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisisi və baş icraçı direktoru Aydın Talıbov, “Financial Chain Corporation” (FChain) şirkətinin təsisçisi və baş direktoru Namiq Qədirov, "Debet Safety"nin baş direktoru Əsəd Nəsrullayev, "Yağmur - 2" MMC-nin baş direktoru Namiq Hacıyev layiq görülüblər.

11-ci Beynəlxalq “Caspian Business Award 2024”ün gümüş sponsorları sırasında “Aqualink”, "Аts Food", "Az İnşaat Holdinq", "Azeriqaz", "Badamlı", "Bon Accord Engineering Supplies (Caspian) Ltd", "Debet Safety", "ERP Systems", "FranklinCovey", "Gazelli Group Ltd", "Hira Construction and Supply", "Karcher", "Krikon", "Maks Company", "Mg Transport", "Mineral Sular", "Orion Group", "Port of Baku", "Sarı Makina", "S-enna MMC", "SKN Electrical Services", "STP Global Cable", "UPS Construction", "VİA Ad Lucem", "VİEN Group" şirkətləri, bürünc sponsorları sırasında isə "Borusan makina", "ERTAGRO MMC", "F5 MMC", "Nant MMC", "Provitaz MMC", "QRANIT QP MMC", "Reges Tikinti Materialları MMC", "Smartbee", "SR Audit", "United Payment" və "Zetash" şirkətləri yer alıblar.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. 

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. “Caspian Energy Club”ın həmçinin dünyanın 63 şəhərində rəsmi nümayəndəlikləri və səlahiyyətli nümayəndələri mövcuddur.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində “Caspian Energy Club”ın fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas funksiyalarından biri, klubun fəaliyyətinin müxtəlif ölkələrdə idarə edilməsi və “Caspian Energy Club” qrupuna daxil olan bütün xarici ofislər və şirkətlər üçün rəqəmsal iqtisadiyyat, yaşıl energetika, yaşıl maliyyə, rəqəmsal transformasiya və yaşıl və innovativ texnologiyaların tətbiqi sahələrində layihələrin lobbiləşdirilməsi və təşviqi üzrə vahid strateji planın formalaşdırılmasıdır.

Read 11 times Last modified on Четверг, 19 Декабрь 2024 13:57

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ