FIFA ilin ən yaxşılarını açıqlayıb, “Caspian Energy Media” xəbər verir.
İngiltərənin "Mançester Yunayted" komandasının futbolçusu Alexandro Qarnaço "Puşkaş" mükafatına layiq görülüb. O, "Everton"la matça vurduğu qol görə fərqləndirilib.
Ən yaxşı futbolçuya təqdim olunan "The Best" mükafatına isə "Real Madrid"in üzvü Vinisius Junior sahib çıxıb. Madrid klubunun çalışdırıcısı Karlo Ançelotti isə ən yaxşı baş məşqçi seçilib.