Misirin cənubundakı Asuan əyalətində Orta Şərq və Afrikanın ən böyük günəş elektrik stansiyası olacaq Abydos 1 istismara verilib.
Günəş elektrik stansiyasının gücü 500 meqavat təşkil edir, layihəyə yatırılan investisiyaların məbləği təxminən 500 milyon ABŞ dollarıdır, “Caspian Energy Media” xəbər verir. Elektrik stansiyası 10,000 m² ərazidə yerləşir və Orta Şərq və Afrikanın ən böyük iki əsas transformatorundan ibarətdir.