Rumıniya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkədə fəaliyyətinin əhəmiyyətli dərəcədə genişlənəcəyinə ümid edir.
“Caspian Energy Media” xəbər verir ki, bunu Baku TV-yə müsahibəsində Rumıniyanın energetika naziri Sebastiyan İoan Burduja bildirib.
Onun sözlərinə görə, bu gün SOCAR Rumıniyanın enerji bazarında aparıcı şirkətlərdən biridir: “Təbii ki, digər ölkələrdən olan tərəfdaşlarımız da var, lakin SOCAR-ın bizim üçün dəyəri həqiqətən yüksəkdir. Çünki onlar verdikləri vədlərə əməl edirlər, vergi və digər hüquqi öhdəliklərini yerinə yetirirlər”.