Среда, 11 Декабрь 2024 17:52

Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb

Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçlə görüşüb.

"Caspian Energy Media" xəbər verir ki, bu barədə nazir özü "X" sosial şəbəkə hesabında paylaşım edib.

“Azərbaycanda güləşin inkişafı üçün görülən işləri qeyd etdik, gənc istedadların yetişdirilməsi, idmançılarımızın peşəkarlığının və beynəlxalq uğurlarının daha da artırılması ilə bağlı əməkdaşlığın inkişafını müzakirə etdik. Dünya Güləş Birliyinin qrapplinq, pankration və həvəskar MMA üzrə yeni yaradılan vahid komitəsinin rəhbərliyində Azərbaycan Güləş Federasiyasının təmsil olunmasının ölkəmizin güləş idmanına göstərilən yüksək etimadın göstəricisi olduğunu vurğuladıq”, - deyə AGF rəhbəri söyləyib.

Read 22 times Last modified on Среда, 11 Декабрь 2024 15:55

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ