Четверг, 24 Октябрь 2024 16:00

“Azərişıq” ASC peşəkar kadrların hazırlanması üçün təlim kursları təşkil edib

“Azərişıq” ASC dərin biliyə, bacarığa və yüksək peşə hazırlığına malik mütəxəssislər yetişdirir. Bu məqsədlə Cəmiyyətin Tədris və İnnovasiyalar Mərkəzində Elm və Təhsil Nazirliyi tərəfindən verilən lisenziya əsasında “Sabaha yaşıl işıq” tədris kursları fəaliyyət göstərir. Bu barədə “Caspian Energy Media“ya “ “Azərişıq” ASC-dən bildirilib. Müraciətlər əsasında kənar təşkilatların işçiləri, fiziki şəxslər 1 ay müddətində ödənişli əsaslarla kurslarda iştirak etmək imkanı əldə edirlər.

Təlimdə uğurla iştirak edən müdavimlərə dünyanın bir çox aparıcı energetika şirkətləri tərəfindən tanınan sertifikatlar təqdim edilir. Sonda yüksək nəticə göstərən müdavimlərin müsabiqə yolu ilə “Azərişıq” ASC-də işlə təmin olunması da həyata keçirilir.

Read 10 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ