Четверг, 24 Октябрь 2024 10:46

“PAŞA Bank” “Agile Azərbaycan Beynəlxalq Sammit 2024”də platin sponsordur

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 22 oktyabr 2024-cü il tarixində Bakıda keçirilən “Agile Azərbaycan Beynəlxalq Sammiti -2024” (“Agile Azerbaijan International Summit-2024”) tədbirinin platin sponsorudur. Bu barədə “Caspian Energy Media“ya “Paşa Bank“dan  bildirilib.

Sammitdə “PAŞA Bank”ı idarə heyətinin üvü Calal Orucov təmsil edib. Mükəmməl biznes idarəçiliyinə sahib Bank, innovasiyaların və "Agile" metodologiyasının tətbiqində fəal iştirak edir və platin sponsor olaraq göstərdiyi dəstəklə "Agile" yanaşmasına və biznesdə uğura sadiqliyini nümayiş etdirir.

Sahənin yüksək səviyyəli mütəxəssislərini, peşəkarları və həvəskarları bir araya gətirən sammit regionda “Agile” metodologiyalarına və onların müxtəlif sferalarda tətbiqinə fokuslanan ən böyük tədbirlərdən biridir. Tədbirdə cıxış edən müxtəlif yerli və beynəlxalq ekspertlər məhsul inkişafında data əsaslı yanaşmalara diqqət çəkib və potensial uğursuzluqlardan öyrənmək üçün alətlər təqdim ediblər.

Azərbaycanın maliyyə sektorunun liderlərindən olan “PAŞA Bank” artıq 7 ildir ki, "Agile" metodologiyasını tətbiq edir və bu istiqamətdə böyük uğurlar əldə edib.

 

Read 235 times Last modified on Четверг, 24 Октябрь 2024 11:06

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ