Zəngin su ehtiyatlarına malik Qarabağın Sərsəng su anbarının səthinin sahəsində əvvəlki illərlə müqayisədə bu il rekord səviyyədə artım olub. 2014-2023-cü illər ərzində anbarın su səthində müəyyən artma-azalma olsa da, 2024-cü ilin peyk təsvirlərinin analizləri son 10 il ərzində su səthinin sahəsinin maksimum səviyyəyə - 1065 hektara çatdığını göstərir.
“Caspian Energy Media” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) məlumat yayıb.
Uzun illər mənfi ekoloji təsirə məruz qalmış Sərsəng su anbarında suyun səthinin artması ötən ildən etibarən su anbarının ekosisteminin bərpasının nəticəsi hesab oluna bilər.
View the embedded image gallery online at:
https://caspianenergy.net/index.php/ru/caspian-energy-media/item/4982-s-rs-ng-su-anbar-nda-suyun-s-thi-rekord-s-viyy-y-cat-b#sigProGalleriab628a96168
https://caspianenergy.net/index.php/ru/caspian-energy-media/item/4982-s-rs-ng-su-anbar-nda-suyun-s-thi-rekord-s-viyy-y-cat-b#sigProGalleriab628a96168