Четверг, 15 Август 2024 18:01

Özbəkistanda ilk alman universitetinin açılması məsələsi müzakirə olunub

Avqustun 15-də Özbəkistanın ali təhsil, elm və innovasiyalar naziri Şaripov Almaniya Federativ Respublikasının Özbəkistan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Manfred Hutterer ilə görüşüb.

Tərəflər mühəndis-texniki mütəxəssislərin hazırlanması üçün qarşılıqlı təhsil proqramlarının tətbiqi, Almaniya Federativ Respublikasından təcrübəli alimlərin Özbəkistana dəvət olunması, aktual qlobal problemlərin həllinə yönəlmiş qarşılıqlı elmi-tədqiqat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Caspian Energy Media Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinə istinadən xəbər verir ki, görüşün nəticələrinə əsasən, tərəflər əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə razılığa gəliblər.

Read 127 times Last modified on Четверг, 15 Август 2024 14:11

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ