Четверг, 01 Август 2024 10:38

Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçiriləcək

3 avqust 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108) TOEFL iBT imtahanı keçiriləcək.

Caspian Energy Media DİM-ə istinadla xəbər verir ki,iştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.

İmtahan saat 09:00-da başlanır.

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

Read 131 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ