Среда, 17 Июль 2024 14:30

SOCAR-ın prezidenti Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri ilə görüşüb

17 iyul 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Sloveniya Respublikasının ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer ilə görüşüb.

Caspian Energy Media SOCAR-a istinadla xəbər verir ki, görüşdə Azərbaycan ilə Sloveniya arasında enerji sektorunda əlaqələrin uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub, təbii qaz təchizatı sahəsində əməkdaşlıq üçün geniş potensialın olduğu vurğulanıb.

Görüş çərçivəsində SOCAR ilə Sloveniyanın ən böyük təbii qaz təchizatı şirkəti “Geoplin” arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Read 405 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ