Понедельник, 15 Июль 2024 09:00

“Azpetrol” 27 yaşını qeyd edir!

Bu gün, Azərbaycanın ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan "Azpetrol" şirkəti 27 yaşını qeyd edir.  Ötən illər ərzində şirkət böyük inkişaf yolu keçərək, yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb.

“Azpetrol” brendinin möhkəmləndirilməsi və coğrafiyasının Qarabağa genişləndirilməsi, şirkətin strateji inkişaf planının qısamüddətli prioritet istiqamətlərindəndir. Artıq Zəngilanda, Hadrutda, Suqovuşanda, Xankəndidə, Füzulidə və Şuşada “Azpetrol”-un modul tipli yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Şirkət  Qarabağa “Böyük Qayıdış” planının tərkib hissəsindən olan məşğulluğun təmin edilməsi məsələsinə bununla öz tövhəsini vermiş olur.  

Qeyd edək ki, "Аzpetrol" şirkətinin yaranması, inkişafı və uğurlu fəaliyyəti Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda iqtisadiyyatın və sahibkarlığın inkişafı sahəsində görülən işlərin nəticəsində mümkün olmuş və respublikanın neft strategiyasının inkişafına təkan vermiş 1994-cü ildə “Əsrin Müqaviləsi”nin imzalanmasının məntiqi nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilməsi davam edən yeni neft strategiyasının məqsədləri isə, “Azpetrol” şirkətinin fəaliyyət istiqamətlərinin yol xəritəsidir.

Azpetrol şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Şirkətin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 104 yanacaqdoldurma məntəqəsi, 1 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən muasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün Neftbaza, yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 119 ədəd yanacaq daşıyan avtomobili, minik maşınları üçün Avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 4 maye qazdoldurma postu və 20 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri fəaliyyət göstərir. “Azpetrol” Azərbaycanda ən iri işəgötürənlər siyahısındadır və hazırda şirkətdə 3400-dən yuxarı əməkdaş çalışır.

Azpetrol - Daim inkişafa doğru!

Read 557 times Last modified on Понедельник, 15 Июль 2024 05:54

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ