Пятница, 12 Июль 2024 14:50

BDU QS reytinq qurumu tərəfindən “Məşğulluq Göstəricilərinin Yüksəlməsi Mükafatı” ilə təltif olunub

Bakı Dövlət Universiteti (BDU) dünyanın nüfuzlu reytinq qurumu olan “Quacquarelli Symonds” (QS) tərəfindən cari ildə işəgötürənlər arasında nüfuzunun artması və məşğulluq göstəricilərinin yüksəlməsinə görə “Məşğulluq Göstəricilərinin Yüksəlməsi Mükafatı” (“Employement Performance Improvement Award”) ilə təltif olunub.

Caspian Energy Media BDU-ya istinadla xəbər verir ki, mükafat BDU-nun rektoru Elçin Babayevə QS-in Strateji Tərəfdaşlıq və İştirak üzrə Qlobal Direktoru xanım Monika Hornunq Kattan tərəfindən İspaniyada keçirilən “QS Ali Təhsil Zirvəsi: Avropa 2024” (“QS Higher Ed Summit: Europe 2024”) tədbirində təqdim olunub.

Daha ətraflı

Read 159 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ