Понедельник, 20 Май 2024 14:20

Azərbaycan nümayəndə heyəti FAO-nun Avropa Regional Konfransının 34-cü sessiyasında iştirak edib

Caspian Energy Media kənd təsərrüfatı nazirliyinə istinadən xəbər verir ki, İtaliyanın paytaxtı Roma şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa Regional Konfransının (ERC) 34-cü Sessiyası keçirilib. Tədbirdə 53 ölkədən dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatların nümayəndələri və aqrar sahədə çalışan mütəxəssislər iştirak edib.

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Dünya Ərzaq Təhlükəsizliyi Komitəsinin (CFS) sədri Nosipho Jezile ilə görüş keçirilib. Görüşdə aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi, əməkdaşlıq perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. 

Daha ətraflı: https://www.agro.gov.az/az/news/200520242

Read 374 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ