Super User

Super User

29-30 may tarixlərində Caspian Energy Club üzvləri Estoniyanın paytaxtı Tallini işgüzar səfərlə ziyarət ediblər. Bu barədə Caspian Energy Club International-ın idarəedici direktoru Günel Quliyeva bildirib.

29 may tarixində Caspian Energy Club üzvləri Estoniya Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndə heyəti, İqtisadi diplomatiya şöbəsinin Təhsil üzrə xüsusi səfiri Kaili Terras və özəl sahibkarların iştirakı ilə baş tutan Demo Day-ə qatılıblar.

“Biz Azərbaycan Respublikasının Estoniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab  Anar Məhərrəmova və Estoniya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin rəhbəri cənab Yaak Lensmentə Caspian Energy Club-a göstərdikləri dəstəyə görə dərin təşəkkürümüzü bildiririk”, — Caspian Energy Club International-ın idarəedici direktoru Günel Quliyeva qeyd edib.

Tədbirdə çıxış edən Caspian Energy Club-ın Sədri və Qrupun Baş Icraçı Direktoru Telman  Əliyev iki ölkə arasındakı münasibətlərdən söz edib. “LEF network Azerbaijan proqramı sayəsində biz Azərbaycanla Estoniya arasında iqtisadi və ticari əlaqələrin daha da genişlənməsinin şahidi olduq. Biz öz növbəmizdə iki ölkənin özəl sektoru arasında yeni körpülərin yaradılması istiqamətində səylərimizi əsirgəməyəcəyik. Qeyd edim ki, bu səfər çərçivəsində biz İKT və təhsil şirkətlərinin Estoniyaya böyük marağını müşahidə etdik”, — Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman  Əliyev bildirib.

O, həmçinin Caspian Energy Club üzvlərinin və Azərbaycan Respublikasının Estoniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Anar Məhərrəmov arasında baş tutmuş görüş haqqında məlumat verib.  “Cənab səfirə bizim heyəti qəbul etdiyinə və bu görüşün çox yüksək səviyyədə təşkil olunduğuna görə dərin təşəkkürümüzü bildiririk. Caspian Energy Club olaraq biz bundan sonra da Azərbaycan və Estoniyada qarşılıqlı marağı olan sahibkarlara dəstək olmağa, ikitərəfli əlaqələrin inkişaf etməsinə dəstək olacağıq”, — Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman  Əliyev əlavə edib.

O, bundan öncə ziyarət edilmiş Latviyada və ziyarət ediləcək Finlandiyada nəinki İKT, təhsil və yaşıl texnologilar üzrə xidmət göstərən şirkətlər üçün, həmçinin Azərbaycanda istehsal olunan müxtəlif növ məhsullar üçün böyük tələb və perspektiv olduğunu qeyd edib. “Növbəti ziyarətlərimizdə biz qeyd etdiyim şirkətləri və məhsulları Latviya, Estoniya və Finlandiya bazarlarına çıxışını təmin etmək üçün əlimizdən gələni edəcəyik”,  — Caspian Energy Club-ın Sədri və Qrupun Baş Icraçı Direktoru Telman  Əliyev deyib.

Görüş əsnasında DreamApply, kood/Jõhvi, Lingvist, SpeakTX, LaavaTech kimi şirkətlərin təqdimatları dinlənilib. Daha sonra tədbir Azərbaycan və Estoniya şirkətlərin iştirakı ilə keçən fərdi B2B görüşlərlə davam edib.

“Estoniya iqtisadiyyatın fərqli sahələrdə fəaliyyət göstərən həmvətənlilərimizlə görüşmək imkanını əldə etdik. Bizim şirkətləri və onların istehsal etdiyi məhsulları xarici bazarda müşahidə etmək çox xoş haldı”, — Caspian Energy Club International-ın idarəedici direktoru Günel Quliyeva bildirib və əlavə edib ki, səfərə qatılan bəzi şirkətlə Estoniyanın aparıcı təhsil müəssisələrindən olan Tallin Texnoloji Universiteti və Tallin Universitetinin nümayəndələri ilə görüşlərə qatılıblar.

30 may tarixində Caspian Energy Club-ın üzvləri  e-Estonia brifinq mərkəzini ziyarət edərək, Estoniyanın rəqəmsal xidmətlər və nou-hau təcrübəsi ilə yaxından tanış olublar. Qeyd edək ki, mərkəz 2009-cu ildə QHT kimi yaradılmışdır və bu gün Estoniya Biznes və İnnovasiyalar Agentliyinin bir hissəsidir.

Eyni gündə Estoniya Azərbaycan Evi ziyarət edilib. “Təşkilatçılıq üçün biz Estoniyanın Sənaye və Ticarət Palatasına təşəkkür edirik”, — Caspian Energy Club International-ın idarəedici direktoru Günel Quliyeva deyib.

 

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

26-28 may tarixlərində Caspian Energy Club üzvləri Latviyanın paytaxtı Riqa şəhərini işgüzar səfərlə ziyarət ediblər. Bu barədə Caspian Energy Club International-ın idarəedici direktoru Günel Quliyeva bildirib.

Onun sözlərinə görə, 3 günlük Business Tour çərçivəsində 27 may tarixində Caspian Energy Club üzvləri və Latviyanın özəl sektorunu təmsil edən bir sıra şirkət arasında B2B networking event: Latvia – Azerbaijan adlı tədbir təşkil olunmuşdur. “Azərbaycan Respublikasının Latviya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Elnur Sultanova və  Latviya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Edqars Skuyaya Caspian Energy Club-a göstərdikləri dəstəyə görə dərin təşəkkürümüzü bildiririk. Artıq səfərlərimiz xoş adət halına çevrilib. Qeyd edim ki, iki ölkə sahibkarları arasında davamlı ünsiyyət yaradaraq və Latviyanın ticarət palatası ilə sıx əməldaşlıq edərək pozitiv nəticələrə nail olmuşuq”, — Caspian Energy Club International-ın idarəedici direktoru Günel Quliyeva qeyd edib.

“Bu kimi Business Tour-lar Azərbaycanın və Latviyanın iş adamlarını bir araya gətirərək bir sira müqavilələrin imzalanmasına, ikitərəfli əlaqələrin inkişafına, iki ölkənin özəl sektoru arasındakı münasibətlərin daha da dərinləşməsinə möhkəm təkan verib və verməkdədir. May ayinin ilk həftələri ərzində biz Latviyanın kənd təsərrüfatını təmsil edən və 10 şirkətdən ibarət nümayəndə heyəti ilə Bakıda görüş keçirdik. Hal hazırda isə biz təhsil, İKT və yaşıl texnologiyalar sahəsində xidmət göstərən şirkətlərlə Latviyada görüşlərdə iştirak edirik”, — Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman  Əliyev bildirib.

28 may tarixində Caspian Energy Club-ın üzvləri Latviya mədəniyyətinin fəxri olan Latviyanın Milli Kitabxanasına baş çəkib. Ziyarətə Azərbaycan Respublikasının Latviya Respublikasındakı səfirliyinin birinci katibi Bəxtiyar Musayev, Estoniya Respublikasının Latviya Respublikasındakı missiyasının rəhbər müavini Siim Krispin, Finlandiya Respublikasının Latviya Respublikasındakı missiyasının rəhbər müavini Yaakko Koyvusaari, AB layihə departamentinin direktoru Liqa Siçeva qatılıblar. Görüş çərçivəsində qonaqlar Latviyanın Milli Kitabxanasının işi, təklif etdiyi xidmətlərlə və nadir nəşrlər nümayiş edilən oxu zalları ilə tanış olublar. Daha sonra Citadele Bank-ın Baltikyanı region üzrə baş makroiqtisadi analitiki, Latviya Fiskal İntizam Şurasının üzvü Martinş Abolinşın təqdimatında “Körpüləri quraraq: Azərbaycan və Mərkəzi Baltikyanı ölkələr arasında iqtisadi əlaqələr” adlı məruzə dinlənilib. Görüşün sonunda Latviyanın Milli Kitabxanasının arxivinə Caspian Energy jurnalının nüsxəsi hədiyyə edilib.

Eyni gündə Caspian Energy Club üzvləri Riqada təşkil edilmiş Central Baltic & Azerbaijan Business Forum-a qatılıblar.

“Forumun 28 may tarixində keçirilməsi bizim üçün xüsusi önəm kəsb edir. Bu gün Azərbaycan tarixinin ən şanlı və parlaq bayramlarından olan Müstəqillik Günü olmasıyla yanaşı, Caspian Energy üçün də çox əlamətdar tarixdir, çünki məhz 28 may 1999-cu ildə Caspian Energy jurnalının ilk buraxılışı işıq üzü görmüşdür. Fürsətdən istifadə edərək, burda olan azərbaycanlıları, Caspian Energy ailəsinin üzvlərini və Caspian Energy dostlarını bu əlamətdar gün münasibətilə təbrik edirəm”, — forumda çıxış edən Caspian Energy Club International-ın idarəedici direktoru Günel Quliyeva qeyd edib. O, LEF network Azerbaijan proqramı qısa müddət davam etsədə çox önəmli yer aldığını, öz nəticələrini verdiyini və daha da böyük və maraqlı nəticələr əldə edəcəyini ifadə edib.

“Dünən baş tutan B2B görüşlərdə artıq Caspian Energy Club üzvü olan əksər şirkətlər memorandumlar və müqavilələr imzalayıb. Ümid edirəm ki, bu sənədlər ölkələr rasında ticari-iqtisadi əməkdaşlığln genişlənməsinə, yeni təşəbbüslərin yaranmasına, investisiyaların axınının stimullaşdırılmasına töhfə verəcək”, — Caspian Energy Club International-ın idarəedici direktoru Günel Quliyeva bildirib.

 

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

Состоялась церемония подписания соглашения о спонсорстве между Ассоциацией футбольных федераций Азербайджана (АФФА) и “Misli”.

Как сообщает Caspian Energy Media со ссылкой на АФФА, соглашение подписали исполнительный вице-президент AFFA Сархан Гаджиев и председатель правления ОАО “Azərlotereya” Осман Каракуш.

Согласно соглашению, бренд “Misli”, принадлежащий ОАО “Azərlotereya”, на протяжении следующего года будет официальным спонсором мужской национальной команды A.

Читайте более подробно на: https://www.affa.az/index.php/news/affa-il-misli-arasnda-sponsorluq-mqavilsi-imzalanb-fotolar/75775

 

 

Как сообщает Caspian Energy Media со ссылкой на Министерство, 30 мая заместитель министра молодежи и спорта Мариана Василева приняла президента Камерунской Национальной Федерации Бадминтона, вице-президента Камерунского Национального Олимпийского и Спортивного комитета Одетте Ассамбе Энгулу.

В ходе встречи были обсуждены перспективы дальнейшего сотрудничества между странами в области спорта.

Читайте более подробно на: https://www.mys.gov.az/az/xeberler/olkeler-arasinda-idman-sahesinde-emekdasligin-gelecek-perspektivleri-muzakire-olunub

 

Четверг, 30 Май 2024 17:28

Sponsorship agreement signs between AFFA and "Misli"

The signing ceremony of the sponsorship agreement between Azerbaijan Football Federations Association (AFFA) and "Misli" was held.

The contract was signed by Sarkhan Hajiyev, the executive vice-president of AFFA, and Osman Karakush, the chairman of the Board of Directors of "Azerlotereya" OJSC, Caspian Energy Media reports with reference to AFFA.

According to the agreement, the "Misli" brand of "Azerlotereya" will be the official sponsor of the men's A national team for the next year.

30 мая премьер-министр Азербайджанской Республики Али Асадов встретился с губернатором Ульяновской области Российской Федерации Алексеем Русских.

Как сообщает Caspian Energy Media со ссылкой на Кабинет Министров, на встрече был подчеркнут высокий уровень азербайджано-российского стратегического партнерства в различных сферах. Также были обсуждены перспективы дальнейшего расширения взаимовыгодного сотрудничества по всем направлениям, представляющим взаимный интерес.

 

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə “Misli” arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib.

Caspian Energy Media AFFA-ya istinadən xəbər verir ki, müqaviləni AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş imzalayıblar.

Müqaviləyə əsasən, “Azərlotereya”nın “Misli” brendi qarşıdakı bir il ərzində kişilərdən ibarət A milli komandanın rəsmi sponsoru olacaq.

Daha ətraflı: https://www.affa.az/index.php/news/affa-il-misli-arasnda-sponsorluq-mqavilsi-imzalanb-fotolar/75775

 

30 мая в рамках визита в Пакистан министр иностранных дел Азербайджана Джейхун Байрамов провел встречу с вице-премьером и главой МИД Пакистана Мухаммедом Исхаком Даром.

Как сообщает Caspian Energy Media со ссылкой на МИД, после встречи министров в формате "один на один", прошла состоялась в расширенном составе между членами делегаций.

На встрече министры высоко оценили стратегическое партнерство между Азербайджанской Республикой и Исламской Республикой Пакистан, подчеркнув, что взаимные визиты и встречи на высоком уровне придают особый толчок дальнейшему развитию связей между двумя странами во всех сферах. Также состоялся обмен мнениями по другим двусторонним и региональным вопросам, представляющим взаимный интерес.

Читайте более подробно на: https://mfa.gov.az/az/news/no23624

Azerbaijani boxer Shamil Asgarov qualified for the 1/4 finals of the II World Olympic Qualifying Tournament held in the capital of Thailand, Bangkok, Caspian Energy Media reports with reference to “Report.az”.

Caspian Energy Media Nazirliyə istinadən xəbər verir ki, mayın 30-da gənclər və idman nazirinin müavini Mariana Vasileva Kamerun Milli Badminton Federasiyasının prezidenti, Kamerun Milli Olimpiya və İdman Komitəsinin vitse-prezidenti Odette Assembe Engoulounu qəbul edib.

Görüş zamanı iki ölkə arasında idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Daha ətraflı: https://www.mys.gov.az/az/xeberler/olkeler-arasinda-idman-sahesinde-emekdasligin-gelecek-perspektivleri-muzakire-olunub

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ