Super User

Super User

Понедельник, 24 Июнь 2024 16:20

STP Şirkətlər Qrupu yeni əməkdaşlığa imza atıb

“Almet Holding” ASC və STP Şirkətlər Qrupu arasında qrupa məxsus Armatur İstehsalı Zavodunun idarə edilməsinə dair birgə əməkdaşlığa imza atılıb. “Caspian Energy Media”ya  STP Şirkətlər Qrupu tərəfindən verilən məlumata görə, tərəflər müqaviləyə əsasən “Almet Holding” ASC-nin törəmə şirkəti olan “ASPM” MMC zavodunda armaturun istehsalını həyata keçirəcək.

Məlumatda zavodun fəaliyyətində məhsuldarlığın artırılması baxımından bu tərəfdaşlığın çox səmərəli olacağı vurğulanıb. İstehsalat prosesində tərəflərin potensiallarının və təcrübələrinin birləşdirilməsi zavodun fəaliyyətinə müsbət təsir göstərmiş olacaq.

Qeyd edək ki, STP Şirkətlər Qrupunun təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı *0990 Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsini (www.stp.az) və ya sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək əldə edə bilərsiniz.

Hotels Group şirkətinin direktoru Nigar Əliyeva “Caspian Energy Club”ın təşkil etdiyi B2G görüşdə Caspian Energy Media-ya müsahibə verib.

“Bildiyiniz kimi bu il “Caspian Energy” brendi 25 illiyini qeyd edir. Artıq bir müddətdir ki, biz “Caspian Energy Club”la əməkdaşlıq edirik. Bu əməkdaşlıq bizə fəaliyətimizdə dəfələrlə böyük dəstək verib və verməkdə də davam edir. Hotels Group MMC olaraq bu əlamətdar tarix münasibətilə Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev başda olmaqla klubun bütün əməkdaşlarını təbrik edirəm”, - deyə Nigar Əliyeva bildirib.

2007-ci ildə qurulan Hotels Group Azərbaycanın aparıcı otel şirkətlərindən biridir. Müxtəlif kateqoriyalı üç oteli - FLY Inn BAKU, SKY INN Qonaq Evi və RİVER INN RESORT & SPA-nı özündə birləşdirir. Çoxillik təcrübəyə malik peşəkar komanda sayəsində Hotels Group şirkətinin otellərində dünya səviyyəli xidmət və hər qonağa fərdi yanaşma təmin edilir.

 

Daha ətraflı: https://flyinn.az/; https://www.riverinn.az/az

 

Понедельник, 24 Июнь 2024 14:53

Azerbaijani Language Weekend School Opened in Berlin

The opening ceremony of the Azerbaijani Language Weekend School "Kharibulbul," jointly organized by the Ministry of Culture, the State Committee for Work with Diaspora, and the Embassy of Azerbaijan in Germany, was held at the Azerbaijani Cultural Center in Berlin.

The ceremony was also attended by the Deputy Minister of Culture, Farid Jafarov. During the speeches, the importance of the Azerbaijani language weekend school was emphasized, and it was mentioned that the school will support the promotion of our language.

Caspian Energy Media reports with reference to the official website of the Ministry of Culture.

Read more at

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və ölkəmizin Almaniyadakı səfirliyinin birgə təşkilati dəstəyi ilə “Xarıbülbül” Azərbaycan dili həftəsonu məktəbinin açılış mərasimi keçirilib. Mərasimdə mədəniyyət nazirinin müavini Fərid Cəfərov da iştirak edib. Çıxışlarda Azərbaycan dili həftəsonu məktəbinin əhəmiyyəti vurğulanıb, məktəbin dilimizin təbliğinə töhfə verəcəyi bildirilib.

Bu barədə Caspian Energy Media Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.

Daha ətraflı

Понедельник, 24 Июнь 2024 14:47

“SpaceX” daha 20 internet peykini orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsinin orbital qruplaşması üçün nəzərdə tutulan növbəti 20 “Starlink” peykini orbitə çıxarıb.

Caspian Energy Media AZƏRTAC-a istinadən xəbər verir ki, daşıyıcı raket iyunun 23-də ABŞ-ın Sakit okean vaxtı ilə saat 20:47-də Kaliforniya ştatının Vandenberq bazasından start götürüb.

“SpaceX” 2019-cu ildən bəri kosmik fəzaya ümumilikdə 6,6 mindən çox peyk buraxıb. Hazırda onların 6,2 mindən çoxu işlək vəziyyətdədir.

В Азербайджанском центре культуры в Берлине при совместной организационной поддержке Министерства культуры, Государственного комитета по работе с диаспорой и посольства нашей страны в Германии состоялась церемония открытия воскресной школы Азербайджанского языка «Харыбюльбюль».

В церемонии также принял участие заместитель министра культуры Фарид Джафаров. В выступлениях была подчеркнута важность воскресной школы Азербайджанского языка и сказано, что школа будет способствовать популяризации нашего языка.

Об этом сообщает Caspian Energy Media со ссылкой на Министерство Культуры.

Подробнее

Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Fondu və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə "By Youth For Youth" (Gənclər tərəfindən gənclər üçün) adlı beynəlxalq forum keçiriləcək.

Caspian Energy Media idman nazirliyinə istinadən xəbər verir ki, iyunun 25-də Şuşa şəhərində forumun təntənəli açılış mərasimi və yüksək səviyyəli panel müzakirələr baş tutacaq.

Forumda dövlət rəsmiləri, beynəlxalq təşkilatların və müxtəlif ölkələrin yüksək vəzifəli şəxsləri, qonaqlar və İCESCO-ya daxil olan ölkələrdən 200-ə yaxın şəxs iştirak edəcək.

Daha ətraflı

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən “Startap” şəhadətnaməsi almış “Ainuverse” MMC-nin startapı - “AinuVision” proqram təminatı da olduqca maraqlı süni intellekt məhsullarından biridir. Layihənin yaradıcısı MMC-nin təsisçisi və icraçı direktoru, süni intellekt üzrə mütəxəssis, ABŞ Kommersiya Departamentinin Standartlar və Texnologiya üzrə Milli İnstitutu (NIST) tərəfindən keçirilən, 400-dən çox nüfuzlu xarici şirkətin iştirak etdiyi müsabiqədə dünyanın 8-ci üztanınma alqoritminin müəllifi seçilən azərbaycanlı gənc Orxan Həsənlidir.

Layihə haqqında məlumat verən O.Həsənli bildirib ki, “AinuVision” proqram təminatı süni intellekt texnologiyasından istifadə etməklə video məzmunun idarə edilməsi və əldə olunması üsullarını asanlaşdırır, nəticədə vaxta və resurslara qənaət edilir.

Daha ətraflı

“Caspian Energy Club”ın üzvü olan “Gossip”lə “Prime Financial Services” arasında Əməkdaşlıq memorandumu imzalanıb.  “Caspian Energy Media”ya bu barədə“Gossip”in təsisçisi Qoşqar Məmmədov bildirib.

Əməkdaşlıq çərçivəsində “Gossip” “Prime Financial Services”a SEO (search engine optimization), LinkedIn idarəetməsi, Youtube üçün videoların təmin edilməsi kimi xidmətləri təmin edəcək.

“Prime Financial Services”ın direktoru Anar Əliyev ve komandasından müştəri kimi çox razıyıq. Onların da bizdən razılıq bildirməsi işimizi mütəşəkkil gördüyümüzün ən böyük göstəricisidir. Müqavilə bir illik müddətinə imzalanıb”, - deyə Qoşqar Məmmədov bildirib.

“Gossip Brands Avenue” – uzun müddətdir yerli və xarici brendlər üçün marketinq həlləri təklif edən təcrübəli mütəxəssislərin bir araya gəldiyi kreativ agentlikdir. Marketinqin müxtəlif sahələrində kifayət qədər təcrübəsi olan şəxslər sonunda “Gossip” olaraq bir araya toplanmağa qərara gəlmişdir.

“Prime Financial Services” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti orqanından Vergi Müvəkkili Sertifikatını almış ilk və hazırda ölkəmizdə vergi müvəkkilliyi sahəsində fəaliyyət göstərən yeganə şirkətdir. Vergi ödəyicilərinin vergi müvəkkili ilə birgə işləməsinə şərait yaradılması üçün Dövlət Vergi Xidməti ilə Prime Financial Services şirkəti arasında Saziş imzalanmışdır.

“Günəş” şirkətinin direktoru Abdul Həbibov “Caspian Energy Club”ın təşkil etdiyi B2G görüşdə Caspian Energy Media-ya müsahibə verib.

“Caspian Energy” brendini 25 illik yubileyi münasibətilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayıram. Kluba üzvlük sayəsində biz daim inkişaf edir, bir sıra yeni əməkdaşlıqıar əldə edir, networking imkanlarımızı artırırıq”, - deyə Abdul Həbibov bildirib.

“Günəş” şirkəti 2000-ci ildə yaradılmışdır. Şirkət sənaye və laborator qazların istehsalı, emalı və təyin edilmiş əraziyə çatdırılması sahəsində ən mühüm şirkətlərdən biridir. “Günəş” şirkəti, Bakı-Tbilisi-Ceyhan (BTC), Azəri-Çıraq-Günəşli (AÇG), Şahdəniz (Mərhələ 1 və Mərhələ 2), Heydər Əliyev adına Neft Emalı Zavodunun (HAOR) Modernləşdirilməsi və Yenidənqurulması Layihəsi kimi layihələrdə iştirak edərək həm neft-qaz, həm də qeyri-neft və qaz sektorlarında böyük layihələr həyata keçirib. Şirkət eyni zamanda qaz silindirlərinin sınağı, təmiri və sertifikatlaşdırılması, 2-ci sinif təhlükəli yüklərin daşınması  lisenziyası xidməti də göstərir.

Daha ətraflı

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ