Thursday, 16 January 2025 11:06

Çin Xalq Respublikasının Ticarət Nazirliyinin nümayəndələri ilə ikitərəfli danışıqlar aparılıb

İqtisadiyyat Nazirliyində Çin Xalq Respublikasının Ticarət Nazirliyinin ÜTT departamentinin sədr müavini E Defenqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Azərbaycanın aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə ölkəmizin ÜTT-yə üzvolma prosesi çərçivəsində mallar və xidmətlər üzrə ikitərəfli danışıqlar aparılıb.

Qeyd edək ki, Azərbaycan ÜTT-yə üzv olmaq üçün Çin də daxil olmaqla, quruma üzv 21 ölkə ilə ikitərəfli danışıqlar aparır. Bu barədə “Caspian Energy Media” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

 

Read 50 times

 

NEWS