Monday, 13 January 2025 11:42

2024-cü ildə çin olan yükdaşıma hədəfləri: Azərbaycandan Çinə ilk, əks istiqamətə 350-dən çox konteyner blok-qatarı göndərilib

2024-cü il “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə Çin Xalq Respublikasının dəmiryol administrasiyası və digər təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də dəmir yolu ilə yükdaşımaların artırılması baxımından bir sıra mühüm nailiyyətlərlə yadda qalıb.

Ötən ilin əlamətdar hadisələrdən biri Azərbaycandan ilk ixrac blok-qatarının Orta Dəhlizlə Çinə yola salınması olub. 24 noyabr tarixində Bakı–Sian ilk ixrac blok-qatarı ilə 62 ədəd 40 futluq konteyner həcmində 1664 ton koks yükü multimodal olaraq Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Siana göndərilib. Nəticə etibarilə yerli sahibkarlar üçün yüklərini birbaşa Çin bazarına çıxarmaq imkanı yaradılıb.  

Ötən il Çin–Mərkəzi Asiya–Azərbaycan marşrutu ilə ümumilikdə 358 blok-qatar göndərilib ki, bunlardan 146-sı (15 292 TEU) tranzit, 212-si (20 956 TEU) isə idxal yüklərinin daşınmasını təmin edib. Daşınmış yüklər arasında tibbi ləvazimatlar, avtomobil və avtomobil ehtiyat hissələri, velosiped, motosikl, su nasosları, qida və qeyri-qida məhsulları  və s. əsas paya sahib olub.

Bu barədə “Caspian Energy Media” “Azərbaycan Dəmir Yolları”-na istinadən xəbər verir.

Daha ətraflı

Read 65 times Last modified on Monday, 13 January 2025 11:58

 

NEWS