Nəqliyyat sahəsində 2024-cü ildə görülmüş işlər və 2025-ci ildə planlaşdırılan layihələr haqqında mətbuat konfransı keçirildi. Mətbuat nümayəndələri, sahə üzrə ekspertlər və mütəxəssislərin iştirakı ilə keçirilən tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ötən il reallaşdırılan layihələr barədə məlumat verdi.
Respublika üzrə 20,767 km uzunluğunda avtomobil yolları salınıb, yenidən qurulub və təmir olunub. 335 ədəd körpü və yol ötürücüsü, 163 ədəd yeraltı və yerüstü piyada keçidi və 45 ədəd tunel tikilib. Hazırda işğaldan azad edilmiş ərazilərdə ümumi uzunluğu 3 371,1 km təşkil edən 44 avtomobil yolu layihəsi icra edilir. 45 tunel, 447 körpü və 16 viadukun tikintisi aparılır. Görülmüş işlər nəticəsində 2024-cü ildə bir sıra sahələrdə rekord göstəricilər və nailiyyətlər əldə edilib.
Bu barədə “Caspian Energy Media” Rəqəmsal inkişaf və nəqliyyat nazirliyinə istinadən xəbər verir.