Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 13-də Kiqali şəhərində Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə görüşüb, “Caspian Energy Media”xəbər verir.
Görüşdə iki ölkə arasında əlaqələr, o cümlədən Heydər Əliyev Fondu ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. İkitərəfli əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayan Leyla Əliyeva Afrika ölkələrində təhsil və mədəniyyət sahələrinin inkişafı istiqamətində layihələrin, təhsil üzrə mübadilə proqramlarının həyata keçiriləcəyini, incəsənət nümunələrinin beynəlxalq layihələrdə birgə təqdimatı üzrə əməkdaşlıq ediləcəyini bildirib.