Wednesday, 04 December 2024 12:12

Azərbaycan və İordaniya aqrar sahədə birgə İşçi Qrup yarada bilər

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov İordaniya Haşimilər Krallığının  Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Nahar ilə görüşüb.

Tərəflər Azərbaycan ilə İordaniya arasında aqrar sahədə hüquq-müqavilə bazasının gücləndirilməsi, iki ölkə arasında kənd təsərrüfatı sahəsində birgə İşçi Qrupun yaradılması, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, İordaniyadan olan sahibkarların Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində ("Caspian Agro") iştirakı və digər məsələləri müzakirə ediblər. Vurğulanıb ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

"Caspian Energy Media" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

 

Read 268 times

 

NEWS