Tuesday, 24 September 2024 15:05

Azərbaycanın turizm imkanları Çində silsilə tədbirlərlə tanıdılıb

Çin turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını genişləndirmək və ölkənin Çin bazarında iştirakını gücləndirmək məqsədilə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 18-24 sentyabırda Çin Xalq Respublikasının Şençjen, Şanxay, Çenqdu və Pekin şəhərlərində silsilə təqdimat tədbirləri keçirilib.

“Caspian Energy Media”  Dövlət Turizm Agentliyiistinadən xəbər verir ki, tədbirlər çərçivəsində 300-dən çox iştirakçının qatıldığı B2B (biznesdən-biznesə) formatlı seminarlar təşkil edilib. Silsilə tədbirlərdə ölkəmizi Azərbaycan Turizm Bürosu ilə birgə “Azərbaycan Hava Yolları” QSC və “Şahdağ” Turizm Mərkəzi daxil olmaqla, ümumilikdə 13 yerli tərəfdaş təmsil edib.

Read 339 times Last modified on Tuesday, 24 September 2024 11:07

 

NEWS