2024-cü ilin 7 ayı üzrə operativ məlumatlara əsasən yanvar-iyul aylarında ölkədə elektrik enerjisinin istehsalı 16 269,0 mln. kVt·st olub.
7 ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 13 863,7 mln. kVt·st, SES-lərdə 1 867,3 mln. kVt·st, digər mənbələr üzrə isə 538,0 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 33,3 mln. kVt·st, günəş elektrik stansiyalarında 352,0 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 152,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Beləliklə, yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə (1327,7 mln. kVt·st) nisbətən 1 077,6 mln. kVt·st artaraq 2405,3 mln. kVt·st təşkil edib.
Caspian Energy Media Energetika nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə elektrik enerjisinin ixracı 522,1 mln. kVt·st, idxalı isə 112,4 mln. kVt·st olub.
https://caspianenergy.net/index.php/en/caspian-energy-media/item/4734-7-ayda-oelk-d-yas-l-enerji-istehsal-1-milyard-kvt-st-dan-cox-art-b#sigProGalleriab6561aa575