Wednesday, 03 July 2024 14:47

UEFA Merih Dəmiral üçün araşdırma başlatdı

AVRO-2024-ün son 16 turunda Türkiyənin Avstriya ilə oyununda qələbə sevinci zamanı "boz qurd salamı" kimi tanınan barmaqları ilə "qurd" jestini edən Meril Dəmirala qarşı UEFA araşdırma başlayıb.

Caspian Energy Media “euronews”ə istinadən xəbər verir ki, İngiltərənin "The Sun" qəzeti çərşənbə günü dərc olunan hesabatda Avropa futbolunun idarəedici və nəzarət orqanı olan Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) türk milli futbolçusu Merih Dəmirala qarşı "uyğun olmayan davranış" iddiası ilə araşdırma başlatdığını bildirib.

Read 459 times

 

NEWS