Noyabrın 20-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Urbanizasiya, Nəqliyyat və Turizm Günü keçirilib. Bu çərçivədə “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masası təşkil edilib.
Tədbirin təşkilatçıları Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE), BMT-nin Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyası (ESCAP) olub.
Dəyirmi masa Orta Dəhliz və digər beynəlxalq dəhlizlərdə dayanıqlılıq və rəqəmsallaşmanın təşviqi, qarşılıqlı əlaqə və iqlim fəaliyyətinin yaxşılaşdırılması üçün regional əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyıb.
Bu barədə “Caspian Energy Media” Rəqəmsal inkişaf və nəqliyyat nazirliyinə istinadən xəbər verir.