Cümə axşamı, 19 Sentyabr 2024 10:34

Azərbaycan və Çin Orta Dəhlizlə yükdaşımaları artırmaq üçün əməkdaşlığı genişləndirir

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “China Railway Container Transport Corp. Ltd.” (CRCT – Çin Dəmir Yolu Konteyner Daşımaları Korporasiyası) şirkətinin prezidenti Yanq Binin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

“Caspian Energy Media” “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Çin Xalq Respublikası arasında dəmir yolu və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən Orta Dəhliz vasitəsilə yükdaşımaların artırılması mövzusunda geniş müzakirələr aparılıb.

Tərəflər CRCT-nin Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yollarının “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulması barədə fikir mübadiləsi aparıb, bu əlamətdar hadisənin 19-20 sentyabrda Sianda keçiriləcək VIII Beynəlxalq İpək Yolu Sərgisi çərçivəsində baş tutacağını elan edib.

Daha ətraflı

Read 253 times