Cümə, 09 Avqust 2024 15:31

İyul ayı ərzində ən çox sərnişin daşıyan stansiya “Koroğlu” olub

2024-cü ilin iyul ayı ərzində Bakı metropoliteni 16 milyon 908 min 149, o cümlədən 534 min 946 güzəştli sərnişin daşıyıb. Orta statistik hesabla gün ərzində metropolitendən 545 min 424 sərnişin istifadə edib. Ən çox sərnişin iyulun 1-də (674 min 66), ən az isə ayın 28-də (348 min 658) metropolitenə daxil olub.

Caspian Energy Media “Bakı Metropoliteni”nin yaydığı məlumata istinadən xəbər verir ki, ən çox sərnişin daşıyan stansiya “Koroğlu”dur. 2024-cü ilin iyul ayı üzrə bütün sərnişinlərin 9.4 %-i məhz bu stansiyadan metropolitenə daxil olub. Ötən ay “20 Yanvar” stansiyası “28 May” stansiyasından daha çox sərnişin daşıyıb və ikinci yerdədir – 7.9 %. “28 May”, sərnişin sayına görə, ayın üçüncü stansiyası olub – 7.5 %.

Daha ətraflı

Read 279 times