Bazar ertəsi, 01 İyul 2024 16:28

Çindən Orta Dəhliz üzərindən yeni marşrutla ilk yük qatarı yola salınıb

Çindən Türkiyəyə Orta Dəhliz üzərindən yeni marşrutla ilk yük qatarı yola salınıb.

Caspian Energy Media ADY-yə istinadən xəbər verir ki, məişət əşyaları və gündəlik tələbat malları yüklənmiş 110 konteynerdən ibarət ilk qatar 28 iyunda Çinin Ciansu əyalətinin paytaxtı Nankin şəhərindən Mərkəzi Asiya–Xəzər dənizi–Azərbaycan–Gürcüstan marşrutu ilə İstanbul şəhərinə yola düşüb.

Hazırda Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Qara dəniz üzərindən keçməklə Çin və Avropa arasında yükdaşımalar bir neçə istiqamət üzrə həyata keçirilir.

Read 320 times